Neft-qaz sənayesi sahələrində yaşıllıq salınır
Tarix: 20.12.2013 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlər çərçivəsində neft-qaz sənayesi sahələrində yaşıllıqların salınması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Hazırda QSC-nin torpaqların rekultivasiyası departamentinin işçiləri ARDNŞ-in qaz emalı zavodunun ərazisində 8 min 890 ədəd, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft-qaz çıxarma idarəsinin mədən ərazisində 13 min ədəd, “BibiHeybətneft” neft-qaz çıxarma idarəsinin mədən ərazisində 50 min 892 ədəd, H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin mədən ərazilərində isə 5 min 44 ədəd müxtəlif növ ağaca və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərirlər. Payız-qış mövsümü ilə əlaqədar sahələrdə budama işləri başa çatdırılmış, digər aqrotexniki tədbirlər isə davam etdirilir.
Bununla yanaşı, QSC “Azneft” İstehsalat Birliyi ilə birgə yaşıllıq sahələrinin genişləndirilməsi və bərpası istiqamətində də məqsədli tədbirlər həyata keçirir. Bu mövsümdə “Abşeronneft” neft-qaz çıxarma idarəsinin mədən ərazisində əlavə 1200 ədəd müxtəlif növ ağacların əkilməsi üçün hazırlıq işlərinə başlanılıb. Həmçinin “BibiHeybətneft” neft-qaz çıxarma idarəsinin mədən ərazisində istifadəyə verilən istixanada yaşıllıqların bərpası məqsədilə yetişdirilmiş 10 mindən çox ting müxtəlif ərazilərin yaşıllaşdırılmasında istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info