Dəyirman dənini üyüdür...
Tarix: 20.12.2013 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“Qafqaz” Unversitetinin Pedaqoji fakültəsinin Ədəbiyyat bölümündə vaxtaşırı müxtəlif tədbirlər keçirilir.Onlardan biri də ayda iki dəfə müəllimlərin rəngarəng mövzuda seminarlarının təşkil olunmasıdır. Prof.dr.Sərxan Xavərinin “Klassik Azərbaycan ədəbiyyatında fəlsəfi dəyərlər və müasir texnogen sivilizasiya” mövzusunda keçirdiyi seminar maraqla qarşılandı.Texnoloji inkişafın, Qərb dəyərlərinin milli dəyərlərimizə təsir etdiyi bir vaxtda qarşıda duran məsələlər,dünya sivilizasiyasında özün olaraq qalmaq, inkişafla ayaqlaşa bilmək günün vacib məsələsi olaraq qalır. Buna görə də belə məsələlər vaxtaşırı gündəmə gəlir və müzakirə mövzusu olur.
Bugünkü seminar da ideya baxımından əvvəlkinin davamı kimi səslənirdi. Universitetin müəllimi dr.Kənan Bəşirovun “Ədəbiyyatımızda su dəyirmanı obrazları” mövzusu da maraq doğurdu. Kənan müəllim əvəlcə su dəyirmanlarının strukturunu rəsmlərlə nümayiş etdirdi, onun hissələrini izah edərək sanki dinləyiciləri dəyirmana ekskursiyaya apardı. Sonra da əvvəl folklorda, sonra klasik ədəbiyyata, nəhayət, müasir ədəbiyyatda dəyirman obrazı, dəyirmanla bağlı yazılan əsərlər üzərində durdu. Dəyirmanın tarixən məişətimizdə və ictimai həyatda oynadığı rolu əsərlərdən gətirdiyi nümunələrlə əsaslandırdı. Xüsusən, İ.Əfəndiyevin “Su dəyirmanı” hekayəsi, M.Süleymanlının “Dəyirman” povesti, Musa Yaqubun dəyirmanla bağlı poemaları üzərində duraraq birincidə su dəyirmanının yerini tutan elektrik dəyirmanlarının sovet dövründə bir yenilik olduğunu, M.Süleymanlıda dəyirmanın bir sovet maşını kimi millətin bütün təbəqələrinin mənəvi aşınma yeri olduğunu, onu üyütdüyünü, M.Yaqubda isə dəyirmanlı günlərin nisgilinin ön plana çıxdığına diqqət çəkdi.
Sonda universitetin ədəbiyyat bölmə müdiri prof.dr. Akif Hüseynli tədbiri yekunlaşdırdı, maddi və mənəvi dəyərlərimizə sahib çıxmanın vacib olduğunu,texniki tərəqqinin də qaçınılmaz olduğunu vurğuladı.Kənan müəllimə ətraflı məruzəsinə görə təşəkkürünü bildirdi.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info