Tacikistanla əməkdaşlıq genişlənəcək
Tarix: 20.12.2013 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov ilə görüşüb.
Abbasəli Həsənov Sirociddin Aslovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bununla əlaqədar təbrik və ölkəmizə dəvət məktubunu S.Aslova təqdim edib.
Tacikistanlı nazir təbrikə görə minnətdarlığını bildirib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib, bu işdə daha böyük uğurlar arzulayıb.
Səfir 2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verib, 2014-cü ildə qarşıda duran vəzifələrdən danışıb. O deyib ki, bu il Düşənbə şəhərində, Xatlon, Soqd, Dağ Bədəxşan vilayətlərində Azərbaycan xanəndələrinin iştirakı ilə 13 konsert proqramı təşkil edilib, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şərqin ilk operası olan “Leyli və Məcnun” əsəri Azərbaycan və tacik aktyorlarının ifasında Düşənbədə tamaşaya qoyulub.
Tərəflər ölkələrimiz arasında imzalanmış sənədlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin Düşənbə ilə Bakı arasında birbaşa hava reysinin bərpa olunmasının, Azərbaycanın və Tacikistanın müvafiq qurumlarının təcrübə mübadiləsi aparmasının vacibliyi vurğulanıblar.
S.Aslov ulu öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı xidmətlərindən söhbət açıb, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərdən danışıb. O bildirib ki, Azərbaycanın sürətli inkişafı onunla dost ölkələrin, o cümlədən Tacikistanın da inkişafı deməkdir. Nazir Azərbaycanın Tacikistan iqtisadiyyatına sərmayə yatırması istiqamətində konkret addımların atılmasının önəmini bildirib. O, ölkələrimiz arasında iqtisadi, elmi-mədəni, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi haqqında söhbət açmış, mövcud potensialdan istifadə edilməsinin zəruriliyini vurğulayıb.
A.Həsənov S.Aslova və Tacikistan Xarici İşlər Nazirliyinin kitabxanasına tanınmış Azərbaycan jurnalisti Elmira Axundovanın səfirliyin təşəbbüsü ilə tacik dilində çap olunmuş 6 cildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman” və Nikolay Zinkeviçin “Həyatın kəşməkəşləri” kitablarını hədiyyə edib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə“ mövzusunda beynəlxalq konfrans
19.06.2019
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19.06.2019
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19.06.2019
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19.06.2019
Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info