“Məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artmayıb”
Tarix: 20.12.2013 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artmayıb: “Statistikaya baxsaq, məişət zorakılığın qurbanına çevrilən qadınların sayının azaldığını görərik”. Onun sözlərinə görə, ölkəmizdə aparılan maarifləndirici tədbirlər bu kimi halların azalmasına gətirib çıxarıb: “Burada bir məsələ var ki, əvvəllər bu kimi hallar daha çox qapalı saxlanılır, onların haqqında məlumat verilmirdi. Lakin indi bizim problemlərin aradan qaldırılması ilə bağlı gördüyümüz işlər nəticəsində bu kimi hallar daha çox aşkar edilir. Artıq bu barədə danışdığımıza görə cəmiyyətdə belə təsəvvür yaranır ki, məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artmaqdadır”. Belə təsəvvürün yaranmasında KİV nümayəndələrinin də rolunun olduğunu deyən komitə sədri təəssüflə bildirib ki, bir çox hallarda məişət zorakılığı ilə bağlı məsələlər cəmiyyətə populist şəkildə çatdırılır: “Bu cür münasibət mənfi hallara gətirib çıxarır. Əksinə, məsələyə həssas yanaşılmalıdır. Məişət zorakılığına məruz qalanın adını çəkmək onu müzakirə etmək heç də müsbət nəticə vermir. Məsələlərə xüsusi diqqət yetirməli, incə məqamlara incə yanaşılmalıdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info