“Gənclərə dövlət qayğısı yüksək səviyyədədir”
Tarix: 20.12.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Elvin Süleymanov: “Gənclər təşkilatlarının formalaşması prosesi uğurla gedir”
Müsahibmiz Elvin Süleymanov gənclər arasında ictimai-siyasi fəallığı ilə fərqlənir. O, hələ orta məktəb illərində “İlin ən humanist şagirdi” adına layiq görülüb. Hazırda Qafqaz Universitetinin V kurs tələbəsidir. Eyni zamanda Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatı idarə heyətinin üzvü kimi tədbirlərdə aktivlik göstərir. Bir çox seminarlarda, təlimlərdə yaxından iştirak edib. Onlarla layihə təşkilatçılığı və bir çox seminar təşkilatçısı olub. Universitetdə fərqləndiyinə görə təcrübə keçmək üçün Türkiyənin “Küveyt-Türk” bankında və Azərbaycanda “Accessbank”da təcrübə fəaliyyəti olub. Hazırda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsinin rəhbəridir.
-Bu gün gənclər dövlətin onlara olan inamını doğrulda bilirmi?
-Azərbaycanda gənclərə dövlət qayğısı olduqca yüksək səviyyədədir. Xüsusi olaraq son dövrlər tələbə gənclərə ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə göstərilən maddi və mənəvi dəstək qürurvericidir. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. 2013-cü ildə ayrı-ayrı nazirliklərin, xüsusi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən gənclər mükafatının təsis edilməsi fəal gənclərin ölkənin ictimai-siyasi həyatında daha da aktiv fəaliyyət göstərməsinə marağı artırmaqdadır. Gənclərə dövlətin yüksələn xətt üzrə göstərdiyi qayğısı bizlərə olan inamın açıq sübutudur. Ancaq açıq bildirmək istəyirəm ki, bəzi gənclərimizin milli vətənpərvərlik və dövlətçilik prinsiplərini dərindən mənimsəyərək əməli fəaliyyətlərinə transfer etməsinin şahidi ola bilmirik. Belə olduqda dövlətin gənclərə olan inamından sui-istifadə halları ilə rastlaşırıq. Lakin onu da bildirməliyəm ki, bu gün ölkəmizdə yüzlərlə milli ideoloji düşüncəyə malik vətənpərvər gənclərimizin olması da bizlərə ümid verir.
-Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?
-Bu gün ölkə gəncliyinin istər incəsənət, istər idman, istərsə də digər sahələrdəki uğurları göz önündədir. Sağlam və milli şüura dayanan gəncliyin cəmiyyətin formalaşmasında ayrıca xidmətləri var. Belə ki, normal cəmiyyətin formalaşmasında ölkə gənclərinin tutduqları yoldan çox şey asılıdır. Milli mənəviyyata və öz soy-kökünə bağlı mütərəqqi fikirli gənclərin var olması cəmiyyətin inkişafında ən başlıca xidmətlərdən biridir. Ümummilli lider Heydər Əliyevin “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır” sözləri bütün ölkə gəncliyi üçün hər zaman örnəkdir.
- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?
-Gənclərimizin ölkənin ictimai-siyasi həyatında rolu nəzərə çarpacaq dərəcədə yüksək səviyyədədir. Ayrı-ayrı gənclər təşkilatlarının formalaşması prossesi uğurla getməkdədir. Sevindirici haldır ki, dövlətçilik ənənələrinin qorunması və mühafizə olunması yolunda çoxlu sayda tələbə gənclər təşkilatları mövcuddur. Tam formalaşmış və ölkənin ictimai-siyasi həyatında aktiv yeri olan gənclik adına fəaliyyət göstərən qurumların getdikcə çoxalması gənclərimizin ictimai-siyasi həyatda potensialını artırmaqdadır. Lakin narahatedici bir məqam ondan ibarətdir ki, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən bəzi siyasi mərkəzlərin qurbanına çevrilən gənclərimizin də olması danılmaz bir faktdır. Biz çalışmalıyıq ki, ağıllı, savadlı, dövlətçilik tərbiyəsindən bəhrələnən gənclərimizin sistemli fəaliyyətini quraq. Əgər belə olarsa, zərərli qüvvələrin təsirinə düşən gənclərimizin xilasına da xidmət etmiş olarıq.
-Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?
-Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, müasirləşmə, inkişaf və modernləşmə strategiyasının təməl sütunları deməkdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bildiyimiz kimi bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Mən düşünürəm ki, Azərbaycan gəncləri günü-gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan gəncləri dünyanın hər guşəsində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq uğurlar qazanır, Azərbaycanın adını daha da yüksəklərə qaldırırlar. Gənclər də həmçinin dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Təsadüfi deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olmuşdur. Millətin qəhrəmanlıq tarixini yazanlar da onlar olur. Bu gün adlarını qürurla çəkdiyimiz Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və yüzlərlə belə vətən oğulları Azərbaycanın qəhrəmanlıq tarixini yazan gənclərdir.
- Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?
-Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması və milli-mənəvi dəyərlərə bağlılığının daha da möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə gənclərlə bağlı bir neçə proqramlar həyata keçirilir. Bunlardan "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən" Dövlət Proqramı da bu qəbildəndir.
-QHT olaraq gənclərlə bağlı hansı layihələr keçirirsiniz?
-“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsi olaraq ölkənin ictimai həyatında aktiv və səmərəli fəaliyyət göstərməkdəyik. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin ölkənin bütün universitetlərində yerli təmsilçiləri mövcuddur. Olduqca yüksək əxlaqi dəyərlərə sahib olan tələbə gənclərimiz ölkənin ictimai siyasi həyatında hər zaman aktiv şəkildə iştirak etməktədir. “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclərimizin milli vətənpərvərlik ruhunda və mənəvi dirçəlişə sahiblənməsi yolunda verdiyi mücadilə öz nəticələrini verməktədir. Birliyimiz gənclərlə bağlı çoxlu sayda layihələri həyata keçirir. Bunlardan “Gənc yazarlar ilə görüş” adlı layihəmiz 1 ilə yaxındır ki, davam edir. Ölkənin ədəbi mühitində gənc və istedadlı yazarların cəmiyyətə tanıdılması yolunda gənc yazarlarla görüşlərin keçirilməsini təmin edirik. Bundan əlavə tanınmış mənəviyyat adamları ilə vaxtaşırı gənclərin görüşlərini təşkil etməkdəyik. Belə görüşlərdə ölkə gəncliyinin milli vətənpərvərlik və milli dövlətçilik prinsiplərinə sahib durmasının vacib önəmindən bəhs edilir. “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” adlı layihəsinə dəstək verməklə respublikanın 10-dan çox rayonunda yerli gənclərlə görüşləri keçirilib. Az bir müddətdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsinin “Sən də qoşul”, “Mövlanə mənəviyyatının işığında”, “Xeyriyyəçilik-saflığa aparan yol”, “8 Mart aksiyası”, “Müstəqilliyimizdə şəhidliyin rolu”, qardaş Türkiyənin Ankara şəhərində ODTÜ-də “Azərbaycan günləri” və “Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi” adlı konfransımız ən yadda qalan layihələrimizdəndir. Bununla yanaşı təşkilat tərəfindən ahıllar da tez-tez ziyarət olunur. Elə bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbərliyi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Maştağa qəsəbəsindəki 1 saylı psixiatriya xəstəxanasında məskunlaşan ahılları ziyarət edib. Ahıllara bayram hədiyyəsi aparan birliyin sədri Sevinc Əzimbəyli ölkə vətəndaşlarını həmrəylik nümayiş etdirərək, xüsusi olaraq əlamətdar günlərdə imkansız və yardıma ehtiyacı olan insanlarımıza dəstək olmağa çağırıb.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsi olaraq ən əsas hədəfimiz millətimiz və dövlətimiz adına yorulmadan şərəfli mücadilə verməkdən ibarətdir. Düşünürəm ki, cənab Prezidentimizin biz gənclərə göstərdiyi böyük etimaddan bəhrələnərək dövlətçiliyimizin bütövlüyü və milli maraqlarımızın təmin olunması naminə mühüm işlərə nail olacağımıza inanıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


17.12 00:33 Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:46] Tbilisi, 16 dekabr, AZƏRTAC Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub. Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Çap etShare to Daha Çox MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 12.12.2018 [12:48] NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir 12.12.2018 [12:40] Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir VİDEO 07.12.2018 [12:46] Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 06.12.2018 [21:21] Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək 1 / 1 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Misirdə 4400 illik məzar aşkar olunub 16.12.2018 [19:57] Misirdə 4400 illik məzar aşkar olunub İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb 16.12.2018 [15:48] İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub 16.12.2018 [15:34] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub Sabahdan hava qeyri-sabit keçəcək 16.12.2018 [14:32] Sabahdan hava qeyri-sabit keçəcək Bütün Videolar SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [18:15] Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:34] Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [15:42] Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [07:41] Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək 16.12.2018 [01:25] On bir ayda mebel istehsalı iki dəfədən çox artıb 15.12.2018 [18:06] Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib ELM VƏ TƏHSİL ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib 15.12.2018 [11:21] Elmə həsr edilmiş nurlu ömür 14.12.2018 [21:18] “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platformasıdır 14.12.2018 [19:10] Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [08:18] “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 15.12.2018 [22:04] Portuqaliya klassik musiqisi ilə muğamın sintezi 15.12.2018 [20:21] Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib TURİZM Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 13.12.2018 [15:41] Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb 07.12.2018 [17:58] Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir 06.12.2018 [19:10] AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb SƏHİYYƏ Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər 15.12.2018 [11:22] Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib 14.12.2018 [18:35] Azərbaycan Tibb Universitetində daha 6 şöbənin hesabatı dinlənilib 14.12.2018 [15:19] Uşaqlarda nitq qüsurları EKOLOGİYA Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [13:59] Sabahın hava proqnozu açıqlanıb 15.12.2018 [17:51] “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu 15.12.2018 [16:23] Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 15.12.2018 [18:38] Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb 15.12.2018 [17:16] İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [00:00] DÜNYA Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır 16.12.2018 [23:20] İDMAN Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb 16.12.2018 [22:51] DÜNYA Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb 16.12.2018 [22:46] SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:22] İDMAN İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub 16.12.2018 [22:11] DÜNYA Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq 16.12.2018 [21:30] İDMAN Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib 16.12.2018 [21:03] DÜNYA ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb 16.12.2018 [20:15] DÜNYA Qırğızıstanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub 16.12.2018 [19:48] MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [19:00] İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [18:15] SİYASƏT Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:49] DÜNYA İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb 16.12.2018 [17:34] SİYASƏT Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [17:12] DÜNYA Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb 16.12.2018 [16:41] İDMAN “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib 16.12.2018 [16:09] DÜNYA Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib 16.12.2018 [15:42] SİYASƏT Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib 16.12.2018 [15:18] DÜNYA İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub 16.12.2018 [14:52] DÜNYA İraqın şimalında daha 10 terrorçu məhv edilib 16.12.2018 [14:40] CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [14:12] CƏMİYYƏT Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [14:07] SİYASƏT Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:59] CƏMİYYƏT Sabahın hava proqnozu açıqlanıb 16.12.2018 [13:30] İDMAN Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq 16.12.2018 [13:16] İDMAN Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik 16.12.2018 [13:06] DÜNYA Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [13:02] SİYASƏT Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 16.12.2018 [12:00] CƏMİYYƏT Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 16.12.2018 [10:46] SİYASƏT Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO 16.12.2018 [10:09] REGİONLAR Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [09:40] DÜNYA Çində 5,7 bal gücündə zəlzələ olub 16.12.2018 [08:46] DÜNYA Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır 16.12.2018 [08:18] MƏDƏNİYYƏT “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 16.12.2018 [07:41] İQTİSADİYYAT Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ƏN ÇOX OXUNAN 16.12.2018 [14:12] Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [03:40] Bu gün Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək 16.12.2018 [13:06] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [10:09] Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 MÜSAHİBƏ 16.12.2018 [14:07] Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:02] Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 15.12.2018 [10:30] General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir 13.12.2018 [19:07] Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib ANALİTİKA 15.12.2018 [13:00] Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası 12.12.2018 [12:01] Azərbaycanın özü qədər əbədi LİDER 11.12.2018 [12:27] Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır 08.12.2018 [15:52] Dünyaya sığmayan şairə sığınan dünya BU MARAQLIDIR 15.12.2018 [14:24] Kanada vergi sistemi 11.12.2018 [16:08] İrlandiyada vergi sistemi 08.12.2018 [18:02] Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur 06.12.2018 [15:14] Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info