Həmsədrlər bəyanat yayıb
Tarix: 20.12.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da bölgəyə səfər ediblər.
Bu barədə ATƏT-in yaydığı press-relizdə deyilir. Press-relizdə qeyd olunur ki, həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, dekabrın 16-da İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla, dekabrın 17-də isə Dağlıq Qarabağın “de-fakto hakimiyyət” nümayəndələri ilə görüşüblər. Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş görüşünün yekunlarını müzakirə ediblər. Onlar bu konkret danışıqlara əsaslanaraq 2014-cü ilin yanvar ayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər. Həmsədrlər qeyd ediblər ki, sərhəddə baş verən zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onları tərəfləri gərginlik yarada biləcək addımlardan çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə səbəb olacaq ab-hava yaratmaq üçün çalışmağa çağırıblar: “Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə səfər edəcəklər. Bundan sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü və növbəti sammitə hazırlıq planlaşdırılır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info