“Təkcə ətraf rayonlar deyil, Dağlıq Qarabağ da Azərbaycana qaytarılmalıdır”
Tarix: 21.12.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Ötən həftə Parisdə Fransa Milli Assambleyasının yerləşdiyi Burbon sarayında Avropa Azərbaycan Cəmiyyəti və Fransanın Müsəlman Dünyasının Araşdırılması və Kəşfi İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda dünyəvilik və tolerantlığa dair konfrans keçirilib.
Toplantıya sədrlik edən Fransa Milli Assambleyasının üzvü, Fransa-Azərbaycan Dostluq Qrupunun rəhbəri, Fransadan kənarda yaşayan fransızların millət vəkili Tierri Mariani bildirib ki, bu tədbirin keçirilməsi Avropa-Azərbaycan Cəmiyyətinin təşəbbüsü olub. Bu təşəbbüsü dəstəklədiyini deyən T.Mariani hesab edir ki, bu olduqca əhəmiyyətli məsələdir:
“Çünki Fransada az tanınan Azərbaycan elə bir unikal ölkədir ki, əhalisinin əksər hissəsi müsəlman olmasına baxmayaraq, burada bütün dinlərin təmsilçiləri bir yerdə sülh və əmin-amanlıq içində yaşayırlar. Burada xristianlar və yəhudilər müsəlmanlarla bir ölkənin vətəndaşları kimi rahat birgə yaşayırlar, tam dini azadlıq və cəmiyyətdə yüksək tolerantlıq mövcuddur. Bundan başqa, bu tədbirin məhz burada, Milli Assambleya binasında keçirilməsi də əhəmiyyətlidir. Bildiyiniz kimi, altı ay öncə burada xoşagəlməz bir hadisə olmuşdu və bu, azərbaycanlıları, şəxsən mənim özümü şoka salmışdı. Bununla bağlı qeyd etmək istərdim ki, bir-iki sarsaq üzündən Fransa Milli Assambleyası haqda mənfi fikir formalaşmamalıdır. Bu baxımdan bu tədbirin burada keçirilməsi olduqca əhəmiyyətlidir və Azərbaycanın da Fransada daha yaxşı tanınması üçün müsbət bir hadisə oldu”. T.Mariani Fransa-Azərbaycan münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayıb: “İstərdim ki, Fransa iş adamları Azərbaycanda daha çox təmsil olunsunlar. Bu gün fransızlar Azərbaycanda daha çox enerji sahəsinə sərmayələr qoyurlar. Hesab edirəm ki, Fransa bu gün Azərbaycanla daha çox maraqlanmalıdır. Məsələn, Bakı bu gün elə bir şəhərə çevrilib ki, bu şəhər hər gün, get-gedə müasirləşir, inkişaf edir və fikrimcə, bu, hər iki ölkənin şirkətlərinin birgə əməkdaşlığı üçün yeni fürsətlər açır”. Dağlıq Qarabağ münaqişəsinə toxunan millət vəkili vurğulayıb ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü qəbul edir: “Ərazi bütövlüyü dedikdə, burada söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qaytarılmasından deyil, eyni zamanda Dağlıq Qarabağın özünün də qaytarılmasından gedir və 20 il davam edən belə vəziyyət qəbuledilməzdir. Hesab edirəm ki, Milli Assambleyada keçirilmiş bu tədbirin özü də Azərbaycanın bu həqiqətlərinin Fransa cəmiyyətinə çatdırılmasında olduqca əhəmiyyətlidir. Çünki biz ümumilikdə Azərbaycan haqda söhbət etdikdə, ilk növbədə onun əsas problemi olan işğal edilmiş əraziləri haqda da fikirlərimizi bildiririk. Azərbaycan eyni zamanda bu gün bütün sahələrdə inkişaf edən, stabil bir ölkəyə çevrilib. Misal üçün, ölkədə keçirilmiş son seçkilərlə bağlı mən Avropa Şurası, Avropa Parlamenti kimi bir sıra nüfuzlu təşkilatların hesabatları ilə tanış oldum və hesab edirəm ki, orada qeyd edilmiş nəticələr ölkənizin Avropada tanıdılması üçün müsbət aspektlərdən biridir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info