“Avropa İttifaqının Ukraynaya verməyə vəsaiti yoxdur”
Tarix: 21.12.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqının Ukraynanı dəstəkləməyə vəsaiti yoxdur”. Bu fikri Avropa Parlamentinin başçısı Martin Şults Brüsseldə keçirilən sammitdə açıqlayıb. “Rossiya 24” televiziyasının yaydığı məlumatda qeyd edilir ki, Avropa İttifaqının komissarı Ketrin Eşton bir müddət əvvəl lazım olarsa Ukraynaya maliyyə yardımı edə biləcəklərini açıqlamışdı. Şults Brüssel sammitində bildirib ki, Ukraynaya maliyyə yardımı edilməsi məsələsi ümumiyyətlə müzakirə edilməyib.
Avropa İttifaqının heç öz ehtiyaclarını ödəmək üçün vəsaitinin olmamasını isə NATO baş katibi Anders Foq Rasmussen etiraf edib: “Əgər Avropa müdafiə xərclərini artırmasa, onda ABŞ alyansda iştiraka olan marağını itirə bilər. Söhbət iştirakçı ölkələrin hər birinin ÜDM-inin ən azı 2 faizi qədər olan məbləğdən gedir”. NATO baş katibi qeyd edib ki, əsas diqqət keçirilən əməliyyatları dəstəkləyəcək nəqliyyat aviasiyası və pilotsuz uçan aparatların alınmasına yönəldilməlidir. Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlıları Avropa Meydanından müddətsiz kütləvi aksiyanın keçirildiyi Müstəqillik Meydanına gedən yolu kəsib. Xüsusi təyinatlılardan ibarət 6 avtobus bir-birinə yaxın şəkildə dayanaraq metrodan çıxan insanların Kreşşatik tərəf getməsinə imkan vermir. Ukrayna müxalifətinin liderlərinin adları isə 109-cu maddə (dövlət hakimiyyətini ələ keçirmə) ilə qaldırılan cinayət işində keçir. Bunu “Batkivşina” (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk deyib. A. Yasenyuk bildirib ki, cinayət işində onun, “Svoboda” lideri Oleq Tyaqnibokun, “Batkivşina”nın liderlərindən biri Aleksandr Turçinovun və daha 8 nəfərin adı keçir. Ukrayna Baş Prokurorluğu isə hələlik bu faktı təsdiq etməyib. Bu arada Xarkov vilayətinin qubernatoru Mixail Dobkin Kiyevi paytaxt statusundun məhrum etməyə çağırıb. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Sorğulara görə kiyevlilər Maydandakı aksiyaları dəstəkləyirlər. Deməli xarabalığı da... Paytaxtı 19 dekabr 1919-ci ildəki kimi Xarkova köçürmək gərəkdir”. Hakim Regionlar Partiyasının təmsilçisi Mixail Dobkin dəfələrlə etiraz aksiyaları keçirən müxalifətçilərdən etinasızlıqla danışıb. Millətçilər tərəfindən Kiyevdə Vladimir Leninin heykəlinin sökülməsindən dərhal sonra qubernator abidənin bərpası üçün vəsait toplanmasını elan edib və şəxsən özünün 50 000 qrivna miqdarında ianə verəcəyinə söz verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info