“Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələrinə əsasən həll edilməlidir”
Tarix: 21.12.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsi tərəfindən Braziliya ilə əlaqələrin möhkəmləndirilməsinə təkan verən “Embraer” təyyarələrinin alınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılmasına dair mürajiət qəbul olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan hökumətinə ünvanlanmış bu müraciət Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsinin üzvü və sədri Rodriqo Mayanın 11 dekabr tarixli təklifi əsasında həmin komitə tərəfindən qəbul olunub. Müraciətdə Braziliya ilə əlaqələrin möhkəmləndirilməsini təşviq edən və iki ölkə arasında məhsuldar işgüzar əməkdaşlığa təkan verən AZAL tərəfindən “Embraer” təyyarələrinin alınması ilə əlaqədar Azərbayjan Prezidentinə təşəkkür ifadə edilib. Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bildirilib: “Eyni zamanda, biz ATƏT-in Minsk qrupunu, Ermənistan və Azərbayjanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq və ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılmasına çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info