Gürcüstanda olan Azərbaycanla bağlı qiymətli kitablar ölkəmizə gətiriləcək
Tarix: 21.12.2013 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın və Gürcüstanın milli kitabxanaları arasında memorandum imzalanıb
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandumun imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov memorandumun imzalanması ilə əlaqələrin daha da genişlənəcəyini, həm kitab, həm də informasiya və əməkdaşlıq mübadilələrinin həyata keçiriləcəyini bildirib. Milli Kitabxanamızın fondunda gürcü ədəbiyyatından çoxlu sayda nümunələrin olduğunu deyən Kərim Tahirov imzalanacaq memorandumun fondun işlənməsində, kataloqlaşdırılmasında və oxuculara təqdim olunmasında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Gürcüstan Milli Kitabxanasında da Azərbaycan ilə bağlı qiymətli kitablar var. Azərbaycan Milli Kitabxanası tərəfindən onların orijinal nüsxələrinin və ya sürətlərinin ölkəmizə gətirilməsinə dair işlər aparılır. Hazırda Azərbaycan Milli Kitabxanasının üç əməkdaşı bu işlə bağlı Gürcüstan Milli Kitabxanasında ezamiyyətdədir. Sonra Azərbaycan və Gürcüstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Georgi Kekelidze ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandumu imzalayıblar.
Mərasimdə, həmçinin Gürcüstan Milli Kitabxanası tərəfindən Azərbaycan Milli Kitabxanasına hədiyyə edilən 100 nüsxə kitabın təqdimatı olub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info