Gələn il keçiriləcək sınaq imtahanlarının vaxtı açıqlanıb
Tarix: 21.12.2013 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələn il keçiriləcək sınaq imtahanlarının keçirilmə vaxtını açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, gələn il aprel ayının əvvəllərindən etibarən sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də sınaq imtahanlarına yazılış internet vasitəsilə elektron formada aparılacaq. Bununla bağlı həmin ərəfədə TQDK-nın “Facebook” səhifəsində geniş məlumat veriləcək. TQDK-dan bildirilib ki, sınaq imtahanlarına yazılışla bağlı ilkin məlumatların komissiyanın “Facebook” səhifəsində verilməsi nəzərdə tutulur. Bu, gənclərin məlumatları buradan daha operativ əldə etmələri ilə bağlıdır. Son illər TQDK tərəfindən imtahan arealının genişləndirilməsi, bu imtahanların respublikanın bütün bölgələrini əhatə etməsi nəticəsində regionlarda yaşayan abituriyentlərin də sınaqlarda rahat iştirakı təmin olunur. Artıq ən ucqar yaşayış məntəqələrində yaşayan gənclərin də hazırlıq səviyyələrini yoxlamaq üçün mərkəzi şəhərlərə üz tutmalarına ehtiyac qalmır. Gələn il sınaq imtahanlarına ayrılan yerlərin sayının artırılacağı da nəzərdə tutulur. Qeyd edək ki, sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Sınaq imtahanlarında iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info