Gənclər arasında andlılar məhkəməsinin nüfuzu artırılır
Tarix: 23.12.2013 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin andlılar məhkəməsində iştirakı” layihəsini sona çatdırıb. Layihənin məqsədi andlılar məhkəməsinin gənclər arasında nüfuzunun artırılması, gənclər arasında ağır cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək etmək, gənclərdə özünə inam hissinin gücləndirilməsi, Andlı iclasçılar məhkəməsinin tətbiqinin ictimai fikirdə formalaşmasına yardım etmək idi.
Layihə çərçivəsində Şəmkir, Tovuz və Qazax rayonlarında tədbirlər keçirilib.Bu tədbirlərdə hüquqşünaslar çıxışlar edərək gənclərin andlılar məhkəməsinin tətbiqinə hazırlanması, gənclərin vətəndaşlıq mövqeyinin möhkəmlənməsi və s. mövzularda məlumatlar veriblər. Hər üç rayondakı tədbirin sonunda gənclərdən ibarət səhnələşdirilmiş məhkəmə prosesi keçirilib.
İctimai Birliyin sədri Samirə Mustafayeva qəzetimizə bildirib ki, andlı iclasçılar siyahısına daxil edilmiş vətəndaşların məhkəmə prosesində iştirakı onların vətəndaşlıq borcudur və vətəndaşların vətəndaşlıq hisslərinin güclənməsinə kömək edir: “Bugünkü gənclər sabahın mümkün andlı iclasçılarıdır. Bundan başqa gənclərin andlılar məhkəməsində iştirakı onların özlərinə inamını daha da yüksəltməyə, cinayətkarlığın qaşısının alınmasına, vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə xidmət edir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
18.01.2019
ASCO-nun gəmiləri Xəzər dənizində növbətçiliklərini davam etdirirlər
18.01.2019
Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir
18.01.2019
Yanvarın 18-dən sonra ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir
18.01.2019
Keyfiyyətsiz qida yüzlərlə xəstəliyə səbəb ola bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info