Heydər Əliyev Fondu Azərbaycanı Fransada layiqincə tanıdır
Tarix: 23.12.2013 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu Azərbaycanı Fransada layiqincə tanıdır.
Bu fikir Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə Miluz şəhərində keçirilən tədbirlərlə bağlı “Alzasın son xəbərləri” qəzetində dərc edilən “Bir şairənin həssaslığı” sərlövhəli məqalədə yer alıb.
Məqalədə Miluzun “Fonderi” sərgi salonunda Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi və konsertdən söhbət açılıb. Həmçinin 20 il əvvəl Fransanın diplomatik əlaqələr qurduğu Azərbaycan qədim tarixə və zəngin mədəni dəyərlərə malik ölkə kimi təqdim olunub, Xll əsr Şərq intibahının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin doğma şəhəri qədim Gəncə ilə Miluz arasında dostluq əlaqələrinin təməlinin qoyulduğu vurğulanıb.
Sərgidə nümayiş etdirilən eksponatların zənginliyindən bəhs olunan məqalədə dünyəviliyin beşiyi hesab edilən Azərbaycanda yaşamış Məhsəti Gəncəvinin yaradıcılığında bəşəri ideyaların, o cümlədən azadlığın, qadın və kişi bərabərliyinin, qardaşlığın təcəssüm edilməsindən söhbət açılıb. Sərgidə nümayiş etdirilən eksponatların, şairənin əsərlərinə həsr olunan illüstrasiyaların XII əsr Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qızıl dövrünü əks etdirdiyi bildirilib.
Yazıda Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun Fransanın müxtəlif bölgələrində və şəhərlərində keçirdiyi tədbirlər təqdir olunub. Fondun Azərbaycanı Fransada layiqincə tanıtdığı xüsusi vurğulanıb.
Məqalənin sonunda Məhsəti Gəncəvi ilə bağlı sərgi və konsertin Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin, Miluz şəhər meriyasının və Yuxarı Alzas Universitetinin dəstəyi ilə təşkil edildiyi xatırlanıb.
Miluzda Məhsəti Gəncəvi ilə bağlı keçirilən tədbirlər barədə gündəlik “L’Alzas” qəzetində dərc olunmuş “Musiqi - Azərbaycanın zəngin mədəni sərvəti” sərlövhəli məqalədə də ətraflı bəhs edilib. Yazıda qeyd olunub ki, şəhərin Sen-Etyen kilsəsində Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan konsert böyük uğurla keçib. Buna səbəb bir qədər əvvəl Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə tolerantlıq nümunəsi olan bu ölkəni fransızlara yaxından tanıtmaq məqsədi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Miluzda sərgi və konsertin təşkil olunmasıdır. Həmin vaxtdan keçən dövr ərzində miluzlularda artıq Azərbaycanın tarixi, zəngin mədəniyyəti, musiqisi barədə geniş təsəvvür yaranıb.
Məqalənin müəllifi Jan-Mari Valder xalqımıza məxsus qədim musiqi alətləri haqqında ayrıca məlumat verib. O, balaban və tarla ifa olunan musiqinin tamaşaçılarda böyük maraq doğurduğunu qeyd edib.
Yazının sonunda Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyinə həsr olunan sərgi və konsertin iki ölkə arasında dostluq və mədəni əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info