Marzuki Əli: “İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Tarix: 23.12.2013 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


“İndoneziya hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”. Azərbaycanın İndoneziyadakı səfirliyinin yaydığı məlumata əsasən, bunu İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli Nümayəndələr Palatasının qarşısında yekun nitqində Ermənistan-Azərbaycan münaqişəsinə dair Parlamentin rəsmi mövqeyini bildirərkən deyib.
Onun sözlərinə görə, İndoneziya beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və sərhədlərin toxunulmamazlığını dəstəkliyir.
Nümayəndələr Palatasının sədri bildirib ki, ölkəsi Dağlığ Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə əsasında həllinin tərəfdarıdır, ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının davam etdirilməsini dəstəkləyir.
Marzuki Əlinin sözlərinə görə, İndoneziya Xocalı soyqırımına dərin kədərlə yanaşır və bu soyqırımın törədilməsini qətiyyətlə pisləyir.
Nümayəndələr Palatasının sədri qeyd edib ki, İndoneziya Parlamentinin Nümayəndələr Palatası Ermənistan-Azərbaycan münaqişəsi bitmiyənə qədər Ermənistanda diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasinin İndoneziyadaki səfirliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünə və Xocalı soyqırımına İndoneziya hökuməti tərəfindən rəsmi qiymət verilməsi istiqamətində işlərini davam etdirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info