Alman ürək cərrahı ATU-nun fəxri qonağı oldu
Tarix: 23.12.2013 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Tanınmış ürək cərrahı, Berlindəki Alman Ürək Mərkəzinin direktoru pr. Dr. Roland Hetzer Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Bu barədə ATU-dan məlumat veriblər. Alman professoru ilə görüşdə ATU-nun rektoru Əhliman Əmiraslanov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Akademik Ə.Əmiraslanov professor Roland Hetzer barədə görüş iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, professor Hetzer ürək transplantasiyası sahəsində dünya miqyaslı mütəxəssisdir: “Qonağımız dünyanın müxtəlif ölkələrində yüksək ixtisaslı mütəxəssislər yetişdirib. Azərbaycandan da bir çox insanların əməliyyatında iştirak edib. İnanıram ki, professor Hetzerin Bakı səfəri Azərbaycanda ürək cərrahiyyəsi sahəsinin inkişafına böyük bir təkan verəcək”.
Daha sonra Ürək Mərkəzinin direktoru pr. Dr. Roland Hetzer görüş iştirakçılarına təmsil etdiyi qurum haqqında məlumat verib. Onun sözlərinə görə, ürək cərrahiyyəsi üzrə Berlindəki bu mərkəz ötən əsrin 80-ci illərində yaradılıb. Fəaliyyətdə olduğu 28 il ərzində klinika böyük uğurlar əldə edib. Hazırda mərkəz hər il yüzlərlə əməliyyat icra olunur.
Görüş zamanı ATU ilə Berlin Ürək Mərkəzinin rəhbərləri arasında müqavilə də imzalanıb. Sazişin şərtlərinə əsasən, gələn il ATU-nun ürək cərrahiyyəsi üzrə 5 mütəxəssisi bu klinikada staj keçəcək.
Görüşün sonunda professor Hetzerə “Azərbaycan Tibb Universitetinin fəxri qonağı” diplomu təqdim olunub. Qonağa həmçinin Azərbaycan xalçası hədiyyə olunub. Professor Hetzer Almaniyada ilk ürək köçürmə əməliyyatını icra edən mütəxəssislərdən biridir. O, dünyanın bir çox nüfuzlu universitetinin fəxri professoru, tibb sahəsində bir sıra iri beynəlxalq təşkilatların üzvüdür. Avropa Ürək Cərrahları Assosiasiyasının (EACTS), Amerika Cərrahlar Assosiasiyası (AATS); Alman Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin (DGHTG) və bir çox digər qurumların fəal üzvüdür.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info