DSMF sığorta-pensiya sistemində gözlənilən islahat tədbirlərinin əsas istiqamətlərini açıqlayıb
Tarix: 23.12.2013 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


“Əsas məqsədimiz pensiyaçıların sosial müdafiəsi sahəsindəki davamlı inkişafı bundan sonra da qoruyub saxlamaq, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulan vəzifələri lazımı səviyyədə yerinə yetirməkdir”. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev növbəti mərhələdə pensiya sistemində hansı islahat tədbirlərinin aparılmasının zəruri olduğuna aydınlıq gətirərkən deyib. Fondun sədri bildirib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılmışdır. “Lakin pensiya sistemində qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi halları mövcuddur ki, bu da uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının möhkəmləndirilməsinə və bu sahədə səmərəliliyin artırılmasına mənfi təsir edən amil kimi səciyyələndirilməlidir”- deyən E.Mehdiyevin sözlərin görə, bunun nəticəsidir ki, sosial sığorta haqları şəklində toplanan vəsaitlərin sığorta prinsiplərinə əsaslanmayan cari ödənişlərə yönəldilməsi, həmin vəsaitlərin fərdi uçot məlumatları əsasında təyin ediləcək pensiya məbləğləri üzrə gələcək öhdəliklərin qarşılanması məqsədilə ehtiyata çevrilməsinə imkan vermir. Bu isə dövlət pensiya sisteminin müəyyən dövr üzrə sərbəst ehtiyatlara malik olaraq maliyyə bazarında aktiv iştirakı və müasir maliyyə alətlərindən istifadə etməsi imkanlarını məhdudlaşdırır: “Göstərilənlərlə əlaqədar, pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə ilk növbədə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi nəzərdən keçirilməlidir”. Bununla yanaşı muzdla işləyənlər, fərdi sahibkarlar və torpaq payçıları üzrə sosial sığorta normativləri ilə onlara pensiya ödənişi göstəriciləri arasındakı fərqin, başqa sözlə ifadə etsək, sahibkarlığın inkişafına dolayı subsidiyaların pensiya sisteminin sığorta prinsipləri əsasında fəaliyyətinə əlavə maliyyə yükü yaratmadan tənzimlənməsi mexanizmlərinin qurulması da vacib şərtlərdəndir.
DSMF sədri bildirib ki, sosial sığorta haqqı normativinin mövcud strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilmə¬si sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir.
E.Mehdiyev qarşıda duran digər islahat tədbiri kimi, vətəndaşlara hazırda ölkəmizdə mövcud olan şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemindən əlavə pensiya təminatı imkanı verən mexanizmlərin də formalaşdırılmalı olduğunu bildirib. Bu məqsədlə dövlət pensiya təminatında yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info