Tovuzda “Şahdəniz-2”- Böyük siyasətin məntiqi davamı” mövzusunda dəyirmi masa
Tarix: 23.12.2013 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Tovuz Rayon İcra Hakimiyyətinin və YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” - Böyük siyasətin məntiqi davamı mövzusunda “Dəyirmi masa” keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycanın sürətli inkişafından danışaraq qeyd etmişdir ki, dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması təkcə ölkəmiz üçün deyil, bütövlükdə Avropa üçün əlamətdar hadisədir. Bu layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçıya çatdırılacaqdır. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
Sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq “Əsrin müqaviləsi imzalanıb. Bu gün isə “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması böyük siyasətin məntiqi davamı və Prezident İlham Əliyevin uğurlu siyasətinin qanunauyğun nəticəsidir.
Məruzə ətrafında Svetlana Verdiyeva, Bəhrəm Pənahov və başqaları çıxış edərək imzalanan sənədin əhəmiyyətindən, Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan söhbət açıblar.




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info