Soçi Olimpiadasında kimlər iştirak edəcək?
Tarix: 24.12.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Yaxşı, indi biz heç bir yerə getməyək? İslam ölkələrinə ona görə getməyək ki, onlarda hüquqi məsələlərə müxtəlif cür yanaşma var. Və ya Amerika Birləşmiş Ştatlarında ölüm hökmü yenə də saxlanılır?”.
Bu fikirləri İsveçrə prezidenti Ueli Maurer səsləndirib. “Sonntags Blick” qəzetinə açıqlama verən prezident Soçidə keçiriləcək Olimpiadaya getməməsini prezident mandatının başa çatması ilə əlaqələndirib. Qeyd edək ki, gələn ilin iyununda "səkkizlik" ölkələrinin sammiti Soçidə keçiriləcək. Həmin ölkələrin artıq beşi Olimpiya Oyunlarının açılışında iştirak etməyəcəyini bəyan edib. Bu ayın ortalarında Soçiyə getməyəcəyini elan edən Fransa prezidenti Fransua Ollanddan fərqli olaraq, ABŞ prezidenti Barak Obama “mən heç vaxt Olimpiadada olmamışam, ona görə də mənim üçün Soçiyə getmək çətin olacaq” deyib. Soçi Olimpiadasında ABŞ nümayəndə heyətinə əvvəlki daxili işlər naziri Janet Napolitano rəhbərlik edəcək. Rusiyada insan hüquqlarının qorunmasının bərbad vəziyyətdə oluğunu dilə gətirən Kanadanın baş naziri Steven Harper Olimpiadada iştirak etməyəcəyini deyib. Mixail Xodorkovskinin əfvinə münasibət bildirən Almaniyanın daxili İşlər naziri Tomas de Mezieres Soçidə iştirakını onunla əlaqələndirib ki, kansler Angela Merkel hakimiyyətdə olduğu səkkiz il dövründə heç bir Olimpiadanın açılışında iştirak etməyib. İngiltərənin baş naziri Devid Kemeron Olimpiadada iştirak edə bilməməsini dövlət işləri ilə əlaqələndirib. İtaliya və Yaponiya dövlət başçıları isə Soçi Olimpiadasında iştiraklarını istisna etmirlər.
Ağa




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info