Yaponiya bir ildə on milyon turist cəlb edib
Tarix: 24.12.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Cari ilin sonuna yaxın Yaponiya xaricdən gələn on milyonuncu qonağı qəbul edib. Hökumət tərəfindən qarşıya qoyulmuş bu vəzifə ilk dəfə yerinə yetirilib. Yaponiya hökuməti iqtisadi inkişafı təmin etməyə yönəldilmiş strategiyanı həyata keçirmək məqsədilə ölkəyə xarici qonaqların cəlb edilməsi istiqamətində fəaliyyəti gücləndirib.
Hökumət tərəfindən bir ildə ölkəyə on milyon turist cəlb etmək barədə vəzifə hələ 2003-cü ildə qarşıya məqsəd qoyulmuşdu. Lakin yapon milli valyutası olan yenin məzənnəsinin qalxması və 2011-ci ildə nüvə qəzası ilə nəticələnmiş zəlzələ nəticəsində ölkəyə turist axını kəskin azalmışdı. Başa çatmaqda olan il ərzində Cənub-Şərqi Asiyadan olan turistlər üçün viza tələblərinin yumşaldılması və yenin məzənnəsinin aşağı düşməsi bu göstəricinin sürətlə artmasına səbəb olub. Hökumətin müəyyən etdiyi yeni vəzifə ölkəyə gələn turistlərin sayının 20 milyona çatdırılmasını nəzərdə tutur. Bu məqsədlə ilk növbədə infrastrukturun yaxşılaşdırılması, Tokioda yerləşən “Haneda” və “Narita” kimi beynəlxalq aeroportlarda aviareyslərin sayının artırılması planlaşdırılır. Bundan əlavə, görməli yerlərin göstəricilərinin bir neçə xarici dildə tərtib edilməsinin vacibliyi də qeyd edilir. Eyni zamanda, Yaponiya Turizm Agentliyi qonaqların lazımi yerlərdə ödənişsiz və xətsiz internet şəbəkəsinin yaradılması arzusunu da yerinə yetirməyi və aeroportlarda, vağzallarda belə şəbəkələrin yaradılmasını nəzərdə tutur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info