Senatorlar İrana qarşı Obamanın veto qoya bilməyəcəyi sanksiya layihəsi hazırlayır
Tarix: 24.12.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


ABŞ Senatının bir qrup üzvü İrana qarşı tətbiq edilməsi planlaşdırılan və ölkə prezidentinin veto qoya bilməyəcəyi yeni sanksiya qanunu hazırlayırlar. Layihənin əsas müəllifi ABŞ Senatının demokratlar fraksiyasının rəhbəri Harri Reyddir. Onun yeni sanksiya layihəsini ABŞ Senatının səsverməsinə çıxarmaq üçün gələn ay təqdim edəcəyi
bildirilir.

H. Reydin təqdim edəcəyi yeni sanksiya qanununu dəstəkləyən senatorlar da Ağ Evin təhdidinə cavab olaraq layihəni veto qoyula bilməyəcək təsdiqləmək niyyətindədirlər. Qeyd edək ki, ABŞ Senatının bir qrup üzvü İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir. Layihə dekabrın 19-da ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Robert Menendez tərəfindən 26 senatorun imzasının olduğu məktubla quruma təqdim edilib. Onlardan 13-ü Respublikaçılar, 13-ü isə Demokratlar partiyalarından olan senatordur. Bu layihə rəsmi Tehranın İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Planını yerinə yetirməyəcəyi və ya yekun sazişi imzalamaqdan imtina edəcəyi təqdirdə tətbiqini nəzərdə tutur. Eyni zamanda layihə növbəti bir il ərzində İranın neft ixracına və bir neçə sənaye sektoruna sanksiya qoyulmasını özündə ehtiva edir. Bundan əlavə, layihə həmçinin ABŞ hökumətini İranın nüvə proqramının qarşısını almaq üçün həyata keçirəcəyi hərbi müdaxiləyə hər cür hərbi, diplomatik və iqtisadi dəstək verməyə məcbur edir. Lakin ABŞ Senatının Demokratlar Partiyasından olan on komitə sədri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıb. Onlar indiki şəraitdə İrana qarşı yeni sanksiya tətbiq edilməsini məqbul saymayıblar.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb
22.03.2019
Almaniyanın sabiq rəhbərlərinin pensiyaları azaldıla bilər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info