Britaniyalı səyahətçi: “Dünya Azərbaycan xəzinələrindən xəbərdar olmalıdır”
Tarix: 24.12.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan dünyanın tanımalı olduğu xəzinələrə malikdir”. Bunu nüfuzlu səyahətçi-bloqerlərdən biri Pol Stil deyib. P.Stil İngiltərənin şimalından olan turist bloqeridir. O, bütün dünya üzrə səyahət edir və ən heyrətamiz yerləri təsvir edir.
Həmin ölkələr Qərbdə turizm baxımından çox tanınmış deyil. P.Stil öz bloqunda sosial media vasitəsilə həmin yerlər barədə məlumat verir. O, həmçinin "Huffington Post"un sosial müxbiridir, "LandRover" və "British Airways" ilə əməkdaşlıq edib. "The Daily Mail" qəzeti P.Stili düyanın ən nüfuzlu yazıçı-səyahətçisi adlandırıb. Bu dəfə səyahətçi Azərbaycanda olub və onu "çox açıq ölkə" kimi tərənnüm edib. P.Stilin Azərbaycana səfərində əsas məqsədlərdən biri "Şahdağ" Qış-Yay Turizm Komleksində "Pik Palace" hotelinin açılışında iştirak etmək olub. P.Stil bildirib ki, Azərbaycana üçüncü dəfədir səyahət edir. Birinci dəfə 2012-ci ilin yazında Bakıda keçirilmiş "Eurovision" müsabiqəsindən öncə olub: "Son bir neçə ildə bir çox yerdə olan səyahətçi kimi mənim üçün Azərbaycan dünyanın bilməli olduğu xəzinələr ölkəsinə çevrildi. Mən tarixi və mədəniyyət sahəsindəki faktlardan, həmçinin insanlardan xeyli təsirləndim". Bloqerin sözlərinə görə, Azərbaycan heyrətamiz rəngarəng ölkədir: "Azərbaycan olduğum ölkələr arasında ən açıq və dost ölkələrdən biridir". P.Stil fotoqrafçı xanım Sindi Vrayandla birlikdə Azərbaycanın Qusar, Qəbələ və Quba bölgələrinə səfər edib.
O, qeyd edib ki, Qusardakı "Şahdağ" və yaxın vaxtlarda Qəbələdə açılacaq kurortun daxil olduğu dağ xizək kurortları gözəl turizm obyektləridir.
P.Stil vurğulayıb ki, Azərbaycanda mehmanxana biznesinin inkişafı yaxşı səviyyədədir: "Ən əsası, anladım ki, Azərbaycan açıq ölkədir. Ölkə düşündüyümdən də açıqdır. Bura olduqca mehriban, dünyəvi cəmiyyətdir. Ölkədə təhlükəsizliyin səviyyəsi çox yüksəkdir". S.Vrayandın sözlərinə görə, Bakı gözəl şəhərdir və Azərbaycan möhtəşəm təəssürat doğurur: "Məsələ ondan ibarətdir ki, əksəriyyət sadəcə olaraq bu ölkədən nə gözləyəcəyini bilmir və onlara Azərbayan həqiqətlərini çatdırmaq çox önəmlidir".





 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info