Polşa səfiri Bakı Ali Neft Məktəbində olub
Tarix: 24.12.2013 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Bakı Ali Neft Məktəbində olub.
Məktəbin mətbuat xidmətindən verilən məlumata görə, qonağı Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışmış, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb.
E.Qasımov bir neçə gün öncə dekabrın 17-də Bakıda imzalanan "Şahdəniz 2" layihəsi üzrə yekun investisiya sazişinin Azərbaycan və Avropa üçün əhəmiyyəti haqqında ətraflı məlumat verərək bildirmişdir ki, bu layihə dünyanın ən iri enerji layihələrindən biridir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın düzgün neft strategiyası haqqında danışan E.Qasımov qeyd etmişdir ki, bu gün də bu yol Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. "Şahdəniz 2" layihəsini əsrin müqaviləsi adlandıran rektor bildirmişdir ki, bu layihələrdə işləyə biləcək yüksəkixtisaslı kadrların yetişdirilməsi də dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir.
Bu səbəbdən ölkədə aparılan təhsil islahatlarından danışan E.Qasımov vurğulamışdır ki, BANM-nin yaranmasında əsas məqsədlərdən biri də müasir standartlara cavab verən, yüksəkixtisaslı kadrların yetişdirilməsidir.
Azərbaycan və Polşa respublikaları arasında tarixən isti münasibətlərin olduğunu qeyd edən rektor bildirib ki, bu gün də bu münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neftin çıxarılmasında və dənizin qurudulması üsulunun tətbiq olunmasında polşalı mühəndislərin əməyini yüksək qiymətləndirən E.Qasımov mühəndislik ixtisasının Polşada önəm verilən sahələrdən biri olduğunu söyləyib.
Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və Şərqi Avropanın ən qədim universitetlərindən olan Polşanın AGH (Elm və Texnologiyalar Akademiyası) əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.
Səfir Mixal Labenda bildirib ki, Azərbaycan və Polşa dost dövlətlər olmaqla yanaşı eyni zamanda bir çox sahələrdə yaxın müttəfiq dövlətlərdir. O günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşa Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info