“Qeyri-dövlət pensiya institutları ilə bağlı təkmil normativ hüquqi baza hazırlanacaq”
Tarix: 24.12.2013 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. Fondun sədri son dövrlər bu sahədə beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınmasının əsas amil kimi nəzərdən keçirilməli olduğunu önə çəkib. Onun sözlərinə görə, əmək pensiyalarının yığım hissəsi sığortaolunanların fərdi hesablarında real pensiya kapitalının toplanmasını, şəxsin pensiya yaşı tamam olana qədər bu vəsaitin idarə olunaraq artırılmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya təminatına yönəldilməsini ifadə edir. Bu baxımdan dövlət pensiya sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətinin təşkil olunmasının ölkənin investisiya, maliyyə və qiymətli kağızlar bazarında müxtəlif maliyyə alətlərinin tətbiqinin inkişafını, bu sahədə etibarlı nəzarət və gəlirə zəmanətlilik səviyyəsinin əldə edilməsini qabaqlamadan yerinə yetirilməsi vacib şərtdir: “Bundan əlavə fərdi hesablara yığım vəsaitlərinin hansı qaydada toplanması məsələsi daim müzakirə mövzusudur. Məsələ bundadır ki, son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemlərdən tam və ya qismən imtina olunması meylləri qeyd olunan komponentin məcburi deyil, könüllü sosial sığorta əsasında təşkilinin daha səmərəli olduğunu təsdiqləyir. Digər tərəfdən, pensiya ödənişi göstəricilərinə uyğun olmayan aşağı sosial sığorta normativlərinin tətbiqi şəraitində həmin komponentin reallaşdırılması məqsədilə mövcud məcburi dövlət sosial sığorta normativindən hər hansı hissənin ayrılması sistem üçün əlavə büdcə kəsiri yaradır. Bu məqsədlə əlavə normativin tətbiqi isə əmək bazarının iştirakçılarının mənafeyinə uyğun gəlmir”.
E.Mehdiyev hesab edir ki, qeyd olunan suallara aydınlıq gətirmədən sığortaolunanların fərdi yığım hesablarının formalaşdırılması, real yığım vəsaitlərinin idarə olunması və bu sistemdən əldə edilən gəlirlərin fərdi uçot əsasında pensiya təminatına yönəldilməsi mexanizminin qurulması çox risklidir: “Bu riskin yaratdığı təhlükələri biz Çili və digər Latın Amerikası ölkələri, eləcə də Polşa, Macarıstan və Rusiya, Qazaxıstan və başqa ölkələrin pensiya sistemlərində aydın müşahidə edə bilərik. Bütün bunlar ölkəmizdə məcburi sığortalanmaya əsaslanan real yığım komponentinin tətbiqində ehtiyatlı mövqe tutulmasının düzgünlüyünü bir daha təsdiqləyir. Amma bu da reallıqdır ki, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və bütün sahələrdə olduğu kimi sığorta-pensiya sistemində də alternativ mexanizmlərin formalaşdırılması qaçılmazdır. Buna görə müvafiq təkliflərin hazırlanmasında beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınması əsas amil kimi nəzərdən keçirilir”. DSMF sədri əlavə edib ki, göstərilənləri qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu fondların vəsaitlərinin formalaşdırılması və idarə olunması, vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsinin mexanizmlərinə də şamil etmək lazımdır: “Bütün bu amilləri nəzərə almaqla Dövlət Sosial Müdafiə Fondu Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsini işləyərək təqdim edib və layihə Avropa Komissiyası tərəfindən təsdiqlənib. Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq”.
E.Mehdiyev onu da nəzərə çatdırıb ki, hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 34 üzv ölkəsindən 25 ölkədə bölüşdürücü-həmrəylik, 11 ölkədə məcburi yığım, 9 ölkədə könüllü yığım sistemləri (bəzən bir ölkədə bir neçə sistem paralel olmaqla) fəaliyyət göstərir. Ümumi pensiya ödənişlərində xüsusi çəkiyə gəldikdə isə 68 faiz bölüşdürücü-həmrəylik, 19 faiz məcburi yığım, 13 faiz könüllü yığım sistemlərinin payına düşür.


İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info