500-ə yaxın milli standart hazırlanacaq
Tarix: 24.12.2013 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


2014-cü ildə Azərbaycanda 500-ə yaxın milli standart hazırlanacaq.
Bu barədə jurnalistlərə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Britaniyanın BSI Standartlar İnstitutunun təşkilatçılığı ilə keçirilən "Birləşdirilmiş idarə sistemləri" adlı beynəlxalq seminarda deyib.
Abdullayev bildirib: "İl ərzində ölkədə müxtəlif sahələrdə, eləcə də turizm, qida sənayesi və İKT sahəsində təqribən 50 standart tətbiq olunub".
Onun sözlərinə görə, bir neçə ay ərzində keçirilən təkrar strukturlaşma zamanı institut tərəfindən böyük işlər həyata keçirilib: "Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalanıb ki, həmin sənəd üzrə yaxın vaxtlarda elektrik naqillərinin və plastik boruların qabaqcıl Avropa standartlarına uyğun keyfiyyət tələblərini müəyyən edən milli standartların hazırlanmasına başlanacaq. Bundan başqa, texnologiyalar parkının təşəbbüsü ilə ağır sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb".
Onun sözlərinə görə, bütün bu tədbirlər ölkədə beynəlxalq tələblərə uyğun və rəqabətqabiliyyətli məhsulların istehsalının həyata keçirilməsi məqsədi daşıyır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info