Belarusda Həmrəylik Günü ilə bağlı tədbir keçirilib
Tarix: 24.12.2013 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti(BDPU) nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzində dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib. Dünya Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, tədbir Belarusun “Azərbaycan İcmaları Konqresi” gənclər bölməsi və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi "Sozvezdie" yaradıcı gənclər klubu arasında video körpü şəklində təşkil olunub.
Qeyd olunan tədbirdə Belarus tərəfindən BDPU-nun Belarus və rus filologiyası fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Stariçenok Vasiliy Denisoviç, “Azərbaycan İcmaları Konqresi”nin nümayəndəsi Oleq Bədəlov, Minsk şəhərində təhsil alan azərbaycanlı və belaruslu tələbələr iştirak ediblər. M.Tank adına BDPU-nun nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Eleonora Hüseynova tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib.
Tədbirdə BDPU-nun nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzi, Belarusun “Azərbaycan icmaları Konqresi” gənclər bölməsi və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi "Sozvezdie" yaradıcı gənclər klubu arasındakı əməkdaşlığın gələcək perspektivləri, Azərbaycan gənclər təşkilatlarının ölkə xaricindəki fəaliyyəti müzakirə olunub.
Çıxış edən Belarusun “Azərbaycan İcmaları Konqresi”nin gənclər bölməsinin rəhbəri Elvira İmanova qeyd edib ki, bu tip video konfranslar nəinki xaricdə yaşayan azərbaycanlı gəncləri yaxınlaşdırır, eyni zamanda, müxtəlif ölkələrdə yaşayan gənclərin informasiya mübadiləsinə zəmin yaradır.
Tural







 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info