AGAT beynəlxalq layihənin iştirakçısı oldu
Tarix: 24.12.2013 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf, fəalları Lalə Babayeva, Nigar Hüseynova, Jalə Əliyeva, Məryamxanım Tağıyeva 13-21 dekabr tarixlərində Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində "Konflikt əvəzinə dialoq, şübhə əvəzinə anlaşma" adlı beynəlxalq layihənin iştirakçıları olublar. AGAT mətbuat xidmətindən bildirilib ki, layihədə Azərbaycan, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Norveç Krallığının gəncləri iştirak edib.
Tədbir çərçivəsində sülh quruculuğu ilə bağlı müxtəlif sessiyalar keçirilib. AGAT heyəti Azərbaycanda qaçqın və məcburi köçkünlər barədə məlumat verib, müharibədən sonra qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklər barədə xarici iştirakçılara geniş danışıb. Regionda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəsadlar barədə məlumat verilib, Azərbaycan həqiqətləri danışılıb, beynəlxalq təşkilatların bu məsələdə susqun mövqedə olması, bəzilərinin ədalətsiz mövqeyi xarici ölkələrin fəallarının diqqətinə çatdırılıb.
AGAT nümayəndələri ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti barədə məlumat veriblər. Eyni zamanda AR Prezidenti yanında Gənclər Fondunun təqdimatını ediblər. Bu təqdimat iştirakçı ölkələr tərəfindən marağa səbəb olub və gələcəkdə əmədaşlıqda maraqlı olduqlarını qeyd ediblər.
Tədbir zamanı AGAT heyəti 56 Norveç təşkilatını birləşdirən "Norveç Sülh Asossasiyası"-nın sədri Aleksandr Harang ilə görüşüb və onunla gələcəkdə mümkün əməkdaşlıq perspektivləri danışıb. Daha sonra Nobel Sülh Mərkəzində Nobel qardaşlarının Azərbaycanda fəaliyyəti barədə danışılıb. Sonda AGAT və Norveç təşkilatları ilə birlikdə 2014-cü ildə 2 layihənin həyata keçirilməsi üçün ilkin razılıq əldə olunub.
Qeyd edək ki, tədbir çərçivəsində digər ölkələrlə yanaşı Azərbaycanın mədəniyyət axşamı keçirilib, ölkəmizin təamları paylanılıb və mədəniyyəti barədə məlumat verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info