Hakimiyyətin aliliyini müəyyən edən əsas hüquqi sənəd
Tarix: 24.12.2013 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dövlətçilik rəmzidir” mövzusunda tədbir keçirilib.
Tədbiri universitetin rektoru, professor Saleh Məhərrəmov giriş sözü ilə açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, demokratik quruluşa təminat verən ali hüquqi sənəddir. Rektor, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul ediməsinin 15-ci ildönümü münsibətilə tədbir iştirakçılarını təbrik edib, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bu münasibətlə ali və orta ixtisas təhsili müəssisələri arasında keçirdiyi fənn olimpiadasında I, II və III yerlərin qaliblərinin məhz universitetin qeyri-hüquq ixtisasında təhsil alan tələbələrinin olmasını yüksək qiymətləndirib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, universitetin Hüquq fənləri kafedrasının müəllimi İlqar Mirzəyev mövzu ilə bağlı ətraflı məruzə edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsas ayrılmaz tərkib hissəsidir. Natiq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Muxtar Respublikanın konstitusion statusunun və Naxçıvan muxtariyyətinin əsası kimi əhəmiyyətindən bəhs edib. Məruzəçi Muxtar Respublikanın muxtariyyət statusunun formalaşması, konstitusiyasının yaranması tarixinə nəzər salıb, Naxçıvan Muxtar Respublikasının dördüncü Konstitusiyasının 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə təsdiq edildiyini xatırladıb. Qeyd olunub ki, 6 fəsildən və 50 maddədən ibarət yeni konstitusiya Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa, demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verməyə, qanunun aliliyini qorumağa xidmət edir. Məruzədə Konstitusiyanın Naxçıvan Muxtar Respublikasının statusunu müəyyənləşdirən, suverenliyini ifadə edən, qanunvericilik hakimiyyətini təsdiqləyən, əsas insan və vətəndaş hüquqları və azadlıqlarını əks etdirən fəsil və maddələri təhlil olunub. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ hüquqi aktları içərisində ən yüksək hüquqi qüvvəyə malik olmaqla Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İlqar Mirzəyev “Bu Konstitusiya Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi dövət quruluşunu, qanunun və dövlət hakimiyyətinin aliliyini müəyyən edən hüquqi təsis sənədidir” deyə məruzəsini yekunlaşdıraraq bu mühüm sənədin qəbul olunmasının 15-ci ildönümü ilə bağlı tədbir iştirakçılarını təbrik edib.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri







 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info