Misirdə terror aktı
Tarix: 24.12.2013 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Misirin Əl-Mənsur şəhərində yerli polisin mənzil-qərargahı yaxınlığında törədilən terror aktı nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, azı 130 nəfər yaralanıb.
“Euronews” telekanalı xəbər verir ki, qərargahın yaxınlığında içərisində yarım tonadək partlayıcı olan minalanmış avtomobil partladılıb. Zərər çəkənlərin sayının 150-dən çox olduğu bildirilir. Polis rəisi yaralanıb, onun iki müavini isə həlak olub. Partlayış törədilərkən polis zabitləri yanvar ayına təyin olunmuş konstitusiya referendumuna hazırlığa dair müşavirə keçirirmişlər.
Misirin baş naziri terror aktından dərhal sonra “Müsəlman qardaşları” təşkilatını terrorçu təşkilat adlandırıb. Hərçənd təşkilatın Əl-Mənsurda törədilmiş terror hadisəsi ilə birbaşa əlaqəsi hələlik təsdiq olunmayıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info