Vaşinqton Ankaranı iddiaları təkzib etməyə çağırıb
Tarix: 24.12.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət Departamentinin nümayəndəsi Türkiyənin bəzi media orqanlarında ABŞ-ın Ankaradakı səfiri Frenk Rikkardone haqqında çıxan xəbər və iddialarla bağlı “Vatan” qəzetinə açıqlama verib. Adının çəkilməsini istəməyən amerikalı nümayəndə deyib: “Bəzi Türkiyə media orqanlarında Amerika səfiri, digər yüksək səviyyəli ABŞ nümayəndələri, bəzi ABŞ vətəndaşları, beynəlxalq media təmsilçiləri haqqında iftiralar və hücumlar dərin narahatlıq doğurur”.
ABŞ Dövlət Departamentinin təmsilçisi Türkiyə hökumətini bu kampaniyaya reaksiya verməyə çağırıb: “Ümid edirik ki, Türkiyə hökuməti bu iddiaları təkzib edəcək, hücumları qınayacaq və həyati önəmə sahib ikitərəfli əlaqələrimizi qoruyacaq”. Qeyd edək ki, Türkiyənin iqtidara yaxın mediası rüşvət və korrupsiya əməliyyatının arxasında ABŞ-ın dayandığını bildirir və səfir F. Rikkardonenin ölkədən qovulmasını tələb edir. Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Türkiyə hökumətinə xəbərdarlıq edib.
Füle öz sözçüsü vasitəsilə yaydığı açıqlamada Türkiyədə məhkəmə-hüquq sisteminin müstəqilliyi prinsipinin pozulduğunu və baş nazir Ərdoğanın Türkiyənin AB-yə üzvlük perspektivini riskə atdığını söyləyib. Ş. Füle bildirib ki, məhkəmə-hüquq sisteminin müstəqilliyi Türkiyənin AB-yə üzvlüyü prosesində ən önəmli məsələlərdən biridir: “Polis müdirlərinin qovulması və polisə apardığı istintaq barədə yuxarı orqanlara və daha səlahiyyətli şəxslərə məlumat vermək məcburiyyəti gətirilməsi istintaqın müstəqilliyi, effektivliyi və tərəfsizliyinə, eləcə də hakimiyyət bölgüsü prinsipinə ziddir və narahatlıq doğurur”.
Türkiyə-Avropa Birliyi birgə parlamentlərarası komissiyasının həmsədri, Avropa Parlamentinin liberallar qrupunun üzvü, ingiltərəli Endrü Daff isə AB-ni Türkiyədəki rüşvət və korrupsiya əməliyyatı ilə bağlı səssiz qalmaqda ittiham edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info