Ukrayna Saakaşvilinin ölkəyə girişinə qadağa qoydu
Tarix: 24.12.2013 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


ABŞ və Avropa İttifaqına üzv olan ölkələrin 36 vətəndaşı Ukraynada persona non-qrata elan edilib
“Xarici siyasi texnoloqların və mütəxəssislərin Kiyevə gələrək, etiraz aksiyalarında iştirakı milli təhlükəsizlik üçün ciddi təhdidlər yaradır”
Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvili və bu ölkənin 29 vətəndaşı Ukraynada persona non-qrata elan edilib.
Belə ki, Ukraynanın Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti hakim Regionlar Partiyasından deputat olan Oleq Çarevanın sorğusuna müsbət cavab verib. Ali Radanın üzvü aralarında Saakaşvili də olmaqla ABŞ və Avropa İttifaqına üzv olan ölkələrdən 36 nəfərin ölkəyə gəlişinə qadağa qoyulmasını tələb etmişdi. “Kommersant-Ukraina” xəbər verir ki, deputat Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Yakimenko və xarici işlər naziri Leonid Kojaraya müvafiq sorğusunu dekabrın 8-də təqdim edib. Çareva sorğusunda qeyd edib ki, xarici siyasi texnoloqların və mütəxəssislərin Kiyevə gələrək etiraz aksiyalarında iştirakı milli təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Sorğu məktubunda konket olaraq bir çox şəxsin adları qeyd edilib və bildirilib ki, onlar xarici vətəndaş kimi etiraz aksiyalarında öz ölkələrinin və müəyyən siyasi dairələrin siyasi maraqlarını reallaşdırmağa çalışırlar. Siyahıda adları qeyd edilənlər arasında Con Hopkins Universitetinin Transatlantik əməkdaşlıq mərkəzinin elmi əməkdaşı Taras Kuzo, məşhur alman politoloq Andreas Umland, eləcə də Fink Brayn, Vasilik Miron və Aleksandr Rosun (hamısı ABŞ) adları yer alıb. Ukraynalı deputat Aleksandr Rosu sosial şəbəkələr vasitəsilə inqilab təşkil etmək üzrə dünyanın ən yaxşı mütəxəssisi adlandırıb. Arzu olunmayan şəxslərin siyahısında keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili və Gürcüstanın daha 29 vətəndaşının da adı var. “Saakaşvilinin burada nə işi var? Getsin Gürcüstana və öz xalqı ilə görüşsün. O, Kiyevə “qızılgül inqilabı” edən komandası ilə birlikdə gəlmişdi. Onlar Ukrayna müxalifətinin reallaşdırmaq istədiyi inqilabın moderatorluğunu öz üzərlərinə götürmüşdülər”, - deyə Çareva bildirib. Gürcüstanın Kiyevdəki səfiri Georgi Zakaraşvili bildirib ki, artıq üç Gürcüstan vətəndaşı, o cümlədən “Rustavi-2” telekanalının jurnalisti David Kakuliyanın Ukraynaya girişinə qadağa qoyulub: “Biz indi Ukrayna Xarici İşlər Nazirliyi ilə müzakirələr apararaq, Çarevanın sorğusunda qeyd edilənlərin nə qədər həqiqətə uyğun olduğunu aydınlaşdırmağa çalışırıq. Ukrayna müxalifətinə liderlik edən “Batıkivişina” fraksiyasının sədr müavini Sergey Sobolev bəyan edib ki, hökumətin bu addımı ciddi beynəlxalq qalmaqala səbəb ola və hökumət üçün arzuolunmaz nəticələr doğura bilər: “Əgər həmin ölkələr-ABŞ, Avropa İttifaqı ölkələri və Gürcüstan Yanukoviçin, Azarovun və onların övladlarının ölkələrinə girişini yasaqlasalar, onda yəqin ki, bizimkilər ancaq Cənubi Koreyaya gedə biləcəklər”.
Anar





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info