Lənkəranda gənclərlə görüş keçirilib
Tarix: 24.12.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsi çərçivəsində Lənkəran şəhəri Lənkəran Dövlət Humanitar Kollecində gənclərlə görüş keçirilib.
Görüşdə layihənin müəllifi Əlimərdan Sultanov, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman, Azərbaycanın Almaniyada diasporunun nümayəndəsi, Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquqşünaslıq üzrə magistrantı Orxan Tağıyev, Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Məmmədbağır Məmmədov və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri və digər gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Əlimərdan Sultanov bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gənclərlə İKT-nin nailiyyətləri haqda müzakirələr aparmaq, bu nailiyyətlərdən düzgün şəkildə bəhrələnmək imkanlarını müzakirə etməkdir. O bildirib ki, layihə çərçivəsində Azərbaycanın üç region şəhəri olan Ağstafa və Şəki şəhərində gənclərlə görüş keçirilib. Layihə çərçivəsində sonuncu görüş isə Lənkəran şəhərində keçirilir və məqsəd gənclərə ölkəmizdə informasiya texnologiyaları sahəsi üzrə gedən inkişaf barədə məlumat vermək və müzakirə aparmaqdır.
Ölkəmizdə İKT sektorunun inkişafınadan danışan Əlimərdan Sultanov qeyd edib ki, əldə edilmiş nailiyyətlərdən düzgün istifadə və bu nailiyyətlərin gənclərə düzgün şəkildə çatdırılması vacib məsələdir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman İKT-nin ölkəmizdə təhsil sistemində tətbiq edilməsindən danışıb. O, dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sistemində İKT nailiyyətlərinin tətbiqini qeyd edərək, bu məsələnin Azərbaycan üçün də vacib olduğunu bildirib.
Almaniya və Azərbaycanda İKT sahəsinin inkişafından danışan Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquq magistrantı Orxan Tağıyev qeyd edib ki, İKT naliyyətlərinin Avropa ölkələrində ictimai həyatın bütün sahələrində tətbiq edilir. Ölkəmizdə İKT sahəsində nailiyyətlərdən danışan Orxan Tağıyev bildirib ki, son on ildə Azərbaycanda internetin sürətli inkişafı təmin olunub və ölkəmiz MDB ölkələri arasında liderliyini saxlayır.
Görüşdə çıxış edən Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyin rəhbəri Məmmədbağır Məmmədov ölkəmizdə hazırda elektron hökumətin formalaşması istiqamətində aparılan işlərdən danışıb, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını qeyd edib.
Sonra tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər.
Günəş




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info