Cimmi Karter: “Suriya müharibəsinin qalibi olmayacaq”
Tarix: 25.12.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“The Washington Post”: “Suriya ilə bağlı strategiyanı,
şərtləri dəyişmək və müharibəyə son qoymaq vaxtı çatıb”

Birləşmiş Millətlər Təşkilatı artıq neçə müddətdir ki, Suriya böhranını həll etmək üçün tərəfləri bir araya gətirməyə çalışır. “Ceneverə-2” toplantısı adlandırılan görüşün yubanmasının əsas səbəbi maraqlı tərəflərin “Suriya piroqu”nun bölüşdürülməsində razılıq əldə edə bilməmələridir. BMT-nin son məlumatına görə, tərəflər gələn il yanvarın 22-də Cenevrədə bir araya gələrək Suriyada davam edən vətəndaş müharibəsinə son qoymağa çalışacaqlar.
Birləşmiş Ştatların 39-cu prezidenti Cimmi Karterin “The Washington Post” nəşrində çap edilən məqaləsində qeyd edilir ki, BMT 2011-ci ilin iyun ayından etibarən tərəflərə çağırış edərək onları şərtsiz danışıqlar masası arxasında əyləşməyə dəvət edir: “Suriya prezidenti Bəşər Əsədin əleyhdarları israr edirlər ki, Cenevrə-2 toplantısının əsas işi hakimiyyət dəyişikliyi olmalıdır. Onlar Əsədin hakimiyyətdən getməsi şərtini irəli sürürlər. Təbii ki, bu da Əsədin və tərəfdarlarının xoşuna gəlmir. Əsəd hökuməti razılaşma əldə edilməsi üçün terrorçu qruplaşmalar adlandırdığı silahlıların təslim olmasını, silahları təhvil verməsini, xarici terrorçu qruplaşmaların ölkəni tərk etməsini tələb edir. Mövqelərdə olan bu ziddiyyətlər Cenevrə-2 konfransının nəyə görə baş tutmadığını anlamağa imkan verir”. Karter vəziyyətdən çıxmaq üçün 3 prinsip təklif edir: “Birinci prinsip odur ki, Suriya xalqı hansı qüvvənin ölkəni idarə etməsini azad şəkildə seçkidə müəyyən etməlidir. İkinci prinsip qarşılıqlı hörmətdir. Seçkidə qalib gələn qüvvə məğlub tərəfin, bütün dini-etnik qrupların təhlükəsizliyinə təminat verməlidir. Üçüncü prinsip isə odur ki, qeyd edilən iki prinsipin həyata keçirilməsinə nəzarət üçün ölkədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Üç prinsipdən ibarət ilkin şərt-tərəflər arasında mübahisə obyekti olmamalı və tərəflər əsassız iddialarından əl çəkməlidirlər. Heç kim Suriya müharibəsində qalib ola bilməz. Tərəflər düşünürlər ki, məğlub ola bilməzlər. Məğlub olacaqları halda məhv ediləcəklərindən qorxurlar. Dünya ictimaiyyəti legitim alternativ təklif etməyənə qədər müharibə davam edəcək. Suriya ilə bağlı strategiyanı, şərtləri dəyişmək və müharibəyə son qoymaq vaxtı çatıb”.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info