Evlərin sənədləri jurnalistlərə təqdim olundu
Tarix: 25.12.2013 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən bu ilin iyul ayında dövlət başçısının sərəncamı ilə mənzil almış jurnalistlərə evlərin orderlərinin təqdimatı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu münasibətlə keçirilən tədbirdə KİVDF və Mətbuat Şurasının üzvləri, media orqanlarının rəhbərləri iştirak ediblər. Tədbirdə Azərbaycanda KİV-in inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bu istiqamətdə dövlət konsepsiyasının qəbul olunduğu, KİVDF-nin yaradıldığı, dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının inşa olunduğu vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyev jurnalistlər üçün binanın təməlinin qoyulmasında və açılışında iştirak edib.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə evin inşasına başlanıb. Bu il 22 iyul - Milli Mətbuat günündə binanın açılışı olub və ikinci binanın təməli qoyulub. Bina tam təmirlidir və sənədləşmə ilə bağlı dövlət aktı qəbul olunub.
Daha sonra qeyd olunub ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub. Müsabiqə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb.
Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, media sahəsində ən çox xidmətləri olan jurnalistlərə sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mənzillər verilib. O, ev almış jurnalistlərin mediamızın inkişafına stimul verəcəyinə inandığını dilə gətirib, jurnalistlərə ailə xoşbəxtliyi arzulayıb.
Əli Həsənov 2013-cü ilin Azərbaycan üçün uğurlu bir il olduğunu, Azərbaycanın dünyanın təbii qaz xəritəsini dəyişdirəcək addımlar atdığını qeyd edib. Prezident seçkilərindən danışan Əli Həsənov Azərbaycanın uğurlu bir ili yola saldığını, uğurlar vəd edən 2014-cü ili qarşılamağa hazırlaşdığını söyləyib.
Əli Həsənov dövlət başçısı tərəfindən jurnalistlər üçün tikiləcək yeni binanın təməlinin qoyulduğunu, 2015-ci ildə jurnalistlərə yenə mənzillər veriləcəyini bildirib: “Ümid edirəm ki, jurnalistikamızda xidmətləri olan jurnalistləri sevindirəcəyik”. O, fərdi jurnalist yazı müsabiqəsində qalib gələnləri də təbrik edib.
Sonda jurnalistlərə mənzillərin sənədləri və yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Rasim






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info