Rusiyada xeyriyyə aksiyaları
Tarix: 25.12.2013 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində Moskvada genişmiqyaslı xeyriyyə aksiyaları keçirib.
Qeyd edək ki, Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyi əlamətdar günlərdə və bayramlarda xəstə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları diqqət və qayğıdan kənarda qoymur. Bu dəfə də Fondun Rusiya nümayəndəliyinin əməkdaşları ənənələrinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskva uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzində, eləcə də Moskvadakı 43 nömrəli Xüsusi Uşaq Evində olublar. Uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzi artıq 10 ildir ki, körpə və 18 yaşınadək uşaqlara xüsusi tibbi yardım göstərir. Burada anadangəlmə inkişaf qüsurları və kəllə-çənə-üz nahiyəsinin, eləcə də hərəkət-dayaq aparatının deformasiyası olan, bədxassəli və xoşxassəli şişlərin bütün növlərindən və digər xəstəliklərdən əziyyət çəkən uşaqların kompleks reabilitasiya müalicəsi aparılır.
Fondun əməkdaşlarını səmimi qarşılayan Mərkəzin rəhbəri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Kompleksin qış bağında bayram konserti keçirilib, klounlar, estrada artistləri, Moskvanın uşaq yaradıcılıq kollektivlərinin üzvləri uşaqların və valideynlərin qarşısında çıxış ediblər. Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə alan uşaqlarla görüşüb, onlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını çatdırıblar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar və kitablar, bayram səbətlərində şirniyyatlar, çay və mürəbbə hədiyyə ediblər. Mərkəzə tozsoran və digər məişət texnikası, bir çox başqa hədiyyələr təqdim edilib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları 43 nömrəli Moskva Xüsusi Uşaq Evində də olmuş, orada Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil ediblər. Diqqət və qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qarşıdan gələn Yeni İl münasibətilə təbrikləri çatdırılıb. Şaxta baba və Qar qızın iştirakı ilə maraqlı bayram proqramından sonra balacalara Şərq şirniyyatları, meyvə, kitab və oyuncaqlar, uşaq evinə isə kondisioner hədiyyə olunub.
S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları "Biri var idi, biri yox idi" musiqili tamaşasını göstəriblər. Uşaq Evinin direktoru Qalina Birk kollektivin adından Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Xatırladaq ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın daha 20 regionunda oxşar xeyriyyə aksiyaları keçirilir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu cür xeyriyyə aksiyalarını tez-tez keçirir, valideyn himayəsindən məhrum və xəstə uşaqları sevindirir. Bu aksiyalar Fondun fəaliyyət və iş istiqamətlərindən birinin məntiqi davamıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info