Sumqayıt Texnoparkında beynəlxalq standartlara uyğun məhsullar istehsal olunacaq
Tarix: 25.12.2013 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda istehsal olunan yanacaq 2014-cü ilin sonunda “Avro-3” standartına çatdırılacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə “İnteqrasiya olunmuş idarəetmə sistemləri” mövzusunda ikigünlük seminar
keçirilir.

Seminarın məqsədi inteqrasiya edilmiş idarəetmə sistemlərinin tərkib hissəsi olan müxtəlif sahələr üzrə fəaliyyətlərin üstünlüklərini cəmləşdirmək, bu barədə məlumatları paylaşmaqdır. İnteqrasiya olunmuş idarəetmə sistemləri ekoloji səviyyənin, təhlükəsizliyin və keyfiyyətin yüksəldilməsi üzrə tələblərin icrasını təmin etməyə ən optimal imkan yaradan vasitədir. Həmçinin bir neçə qabaqcıl beynəlxalq standartın tələblərini ümumiləşdirən idarəetmə sistemlərinin inteqrasiyası şirkətin və ya təşkilatın stabil, perspektivli inkişafına zəmin yaradan alət rolunu oynayır. Seminarı giriş sözü ilə açan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev ölkəmizdə bu sahələrin beynəlxalq tələblər əsasında inkişaf etdiyini, qabaqcıl təcrübənin tətbiq imkanlarının geniş olduğunu bildirmişdir. Bu sahədə ASSİ-nin rolunu qeyd edən S.Abdullayev qazanılmış uğurlar haqqında da danışıb. Onun sözlərinə görə, ASSİ ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə standartların hazırlanmasına başlanılıb. Bundan başqa, “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlanmış müqavilə çərçivəsində yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında elektrik kabelləri və plastik borulara tələbləri təyin edən yeni milli standartlar hazırlanacaq. Məlumat verilib ki, bir müddət əvvəl ASSİ və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təşəbbüsü ilə “Ağır sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə yaradılıb. Bundan əsas məqsəd hazırda ölkəmizdə istehsal olunan ağır sənaye məhsullarının beynəlxalq tələblərə uyğunlaşdırılması və rəqabət qabiliyyətinin artırılmasının təmin edilməsi istiqamətində müasir standartların işlənib hazırlanıb.
Sabiq Abdullayev qeyd edib ki, 2014-cü ildə Azərbaycanda 500-ə yaxın milli standart hazırlanacaq: "Bu il ərzində ölkədə müxtəlif sahələrdə, eləcə də turizm, qida sənayesi və İKT sahəsində təqribən 50 standart tətbiq olunub". S. Abdullayev deyib ki, Azərbaycanda istehsal olunan yanacaq 2014-cü ilin sonunda “Avro-3” standartına çatdırılacaq: "Biz daim istehsal olunan benzinin keyfiyyəti üzərində çalışan ARDNŞ-lə danışıqlar aparırıq”. Seminarda çıxış edən Britaniya Standartlar İnstitutunun MDB ölkələri üzrə direktoru Dmitri Yartsev Azərbaycanda standartlaşdırma, texniki tənzimlənmə sahələrində son illər qazanılmış uğurlardan məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı ilə bağlı islahatlar aparılır, müasir standartlar tətbiq olunur və bu proses daim inkişafdadır. Daha sonra seminar iştirakçılarına müəssisələrdə yaradılan keyfiyyət sistemləri sahəsində beynəlxalq tələblər və mövcud müasir təcrübə, istehsal sahəsində ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ən yeni tənzimləyici mexanizmlər haqqında məlumatlar verilib. Seminarı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info