Göyçayda konfet ağacı bar verib
Tarix: 25.12.2013 | Saat: 14:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçayın Şəhadət kəndindəki meyvəçilik dayaq məntəqəsində yetişdirilən konfet ağacı növbəti dəfə bar verib.
Məntəqənin direktoru Elçin İsmayılov bildirib ki, 1930-cu ildə Çindən gətirilən konfet ağacını Göyçayda yetişdirmək və mühafizə edərək bu günə çatdırmaq mümkün olub. Azərbaycan ərazisi üçün xarakterik olmayan bu meyvə ağacı dəfələrlə qurumaq təhlükəsi ilə üzləşsə də sonralar bərpa edilib və onun sayı artırılaraq, üçə çatdırılıb. Xüsusi mühafizə edilən və 10-15 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri məhz dekabr ayında yetişir. Soyuğa dözümlü olan meyvələr mart ayınadək ağacda qala bilir. Meyvə qeyri-adi dadına, rənginə və formasına görə heç bir meyvəyə oxşamır. Bu meyvə ağacı toxumlar vasitəsilə artırılır. Bu il ağaclarda bol konfet meyvəsi yetişmiş və hazırda bağban, məhsulu toplayır.
Tərkibində şəfaverici maddələrin çox olduğu konfet meyvəsindən bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Bu, asma xəstəliyindən əziyyət çəkənlər üçün isə əvəzedilməz bitkidir. Qəribə formasına görə seçilən meyvə isə maral buynuzuna bənzəyir. Onun çiçəyi nektarla zəngindir. Bu meyvənin tərkibində 30-35 faiz şəkər var. Ona görə, dünyada ən şirin bitki adını qazanıb. Deyilənə görə, şirəsi qənddən 300 dəfə şirindir. Bir stəkan qəhvəni və ya çayı şirin etmək üçün konfetin bir damcı şirəsi kifayətdir. Üstü qabıqla örtülmüş qəhvəyi rəngli bu konfet şirinliyi və dadına görə heç də adi həqiqi konfetdən geri qalmır. Hətta bu meyvənin qurudaraq müxtəlif tort və şirniyyatların üzərinə bəzək kimi istifadə etmək də olar. Ölkəmiz üçün nadir ağac sayılan bu konfet ağaclarının xüsusi mühafizə olunması və gələcək nəsillərə qorunub çatdırılması üçün “Qırmızı kitab”a salınıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info