Mərkəzi Bank: “Manat regionun ən sabit və etibarlı valyutasıdır”
Tarix: 25.12.2013 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankı (AMB) özünün siyasət prinsiplərinin irsiliyini saxlamaqla, 2014-cü ildə ölkə iqtisadiyyatının qarşısında duran yeni strateji vəzifələrin həllinə hərtərəfli dəstək verəcək və qlobal iqtisadiyyatdan gələ bilən risklərin neytrallaşdırılmasına çalışacaq. Məlumata görə, bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Mərkəzi Bankın məzənnə siyasəti 2014-cü ildə də milli məzənnənin sabitliyinin saxlanılması və valyuta bazarında balansın təminatına yönəldiləcək. Həmçinin dollar/manat məzənnəsinin ikitərəfli hədəflənməsi bu siyasətin əməliyyat çərçivələrini müəyyən edəcək".
AMB-dan bildirilib ki, tədiyə balansının profisiti manatın məzənnəsinə təsir edən başlıca makroiqtisadi amil olacaqdır: "Tədiyə balansının əhəmiyyətli profisiti və artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün fəal istifadə olunması şəraitində Mərkəzi Bank manatın daha yüksək templə bahalaşmasına yol verməyib. Bu məqsədlə bazardan 2,1 milyard dollar həcmdə xarici valyuta alınıb. Nəticədə ilin əvvəlindən manatın ABŞ dollarına nisbətdə məzənnəsi cəmi 0,08 faiz möhkəmlənib. Manat regionun ən sabit və etibarlı valyutasıdır və sərhəd ticarətində fəal istifadə olunur".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info