“Dövlət öhdəliklərinin maliyyələşdirilməsinə sosial sığorta vəsaitləri də yönəldilir”
Tarix: 25.12.2013 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


“Aktuar tədqiqatların nəticələrinə diqqət etsək, fond bu gün sosial sığorta ilə əlaqəsi olan bütün xərcləri məhz məcburi dövlət sosial sığorta daxilolmaları, yəni özünə məxsus vəsaitləri hesabına maliyyələşdirir”. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondun özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərməli olması barədə ayrı-ayrı ekspertlərin fikirlərinə münasibət bildirərkən deyib. DSMF sədri vurğulayıb ki, Azərbaycanda həyata keçirilən pensiya islahatlarının mühüm cəhəti əvvəlki sistemlə əhatə olunmuş, yəni sığortaolunanların fərdi uçotu sisteminin iştirakçısı olmayan insanların da davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə tam inteqrasiyasıdır. Bu məqsədlə həmin şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış, onlar pensiyaların baza və sığorta hissəsi ilə təmin edilmiş, artım və indeksləşdirmənin yeni qaydaları ilə əhatə olunmuşlar: “Digər tərəfdən, əvvəllər pensiyaya çıxmış şəxslərin pensiyaları ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbətinə uyğun olaraq əvəzsiz sığorta kapitalı müəyyyənləşdirilməklə yenidən hesablanmışdır. Bu proses hazırda yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki dövrə aid iş stajlarına da şamil edilir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub”.
E.Mehdiyev bildirib: “Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manata yaxındır. 2014-cü ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,14 milyard manat nəzərdə tutulur, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Təəsüf ki, bəzi ekspertlər bu məsələni lazımı araşdırmalar aparmadan şərh edirlər. Fond tərəfindən dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı bəzi hallarda yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunur”.


İlkin




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info