Azİz Prezidenti təbrik edib
Tarix: 25.12.2013 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Azərbaycan-İsrail” Beynəlxalq Təşkilatı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “İsrail dövlətində yaşayan və aktiv fəaliyyət göstərən "İsrail-Azərbaycan" Beynəlxalq Təşkilatı- Azərbaycan yəhudi diasporu adından doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaq istəyirik.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dinamik və sürətlə inkişaf edən ölkədir. Cənubi Qafqazda heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. İsrail dövləti ilə Azərbaycan Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Sizin böyük və əvəzolunmaz xidmətləriniz var. İsrail dövlətində Sizin şəxsiyyətinizə böyük hörmətlə yanaşır, Sizin diplomatik müdrikliyinizi və müasir xarici siyasi problemlərin həllində təcrübənizi, Azərbaycanı beynəlxalq arenada mühüm, güclü və müstəqil amilə çevirən ölkə iqtisadiyyatının sürətli inkişafında səylərinizi yüksək qiymətləndirirlər.
"İsrail-Azərbaycan" Beynəlxalq Təşkilatı hər zaman İsraildə fəxrlə qeyd edir ki, Prezident İlham Əliyev, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətini davam etdirərək, ölkənin yəhudi icmasının ənənələrinə qayğı və diqqətlə yanaşır. Bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir yer olan Qırmızı qəsəbə həqiqətən Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu mehriban yaşayır, bir-birini doğma qardaş hesab edirlər. Bu da cənab Prezident, məhz Sizin multilkulturalizm və tolerantlıq siyasətinizin gözəl nəticəsidir. Sizin müdrik siyasətiniz nəticəsində, Azərbaycan dünyada, o cümlədən İsraildə sivilizasiyalararası dialoq nümunəsidir və biz Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası ilə hər zaman fəxr edirik!
Əminik ki, qarşıdakı illərdə də İsraillə Azərbaycan arasında əlaqələri dərinləşdirmək üçün Sizə hər zaman dəstək olmağa hazırıq. Hörmətli cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük uğurlar diləyirik!”






 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info