“Odlar Yurdu” ekoloji layihə həyata keçirdi
Tarix: 25.12.2013 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə Şəhər İcra Hakimiyyəti, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Ətraf mühit və Mən” adlı yeni, faydalı layihənin icrası uğurla yekunlaşdı. Ətraf mühitin mühafizəsi mövzusuna xüsusi önəm verən, bu mövzuda daha çox gəncin maariflənməsinin vacibliyini əsas tutan “Odlar Yurdu” GİB təbiət qoynunda Hacıkənd qəsəbəsində “Qış məktəbi” həyata keçirdi. Layihənin əsas məqsədi gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması və onların ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarət idi. 15-19 Dekabr 2013-cü il tarixini əhatə edən layihədə Bakı, Gəncə, Bərdə, Sumqayıt və s. regionlardan olan 31 gənc iştirak edirdi. 4 gün davam edən layihə çox faydalı oldu və layihə çərçivəsində gənclər tərəfindən 5 yeni layihə təqdim olundu. Maarifləndirici video çarx hazırlandı. Layihənin bağlanış mərasimi rəsmi qonaqların iştirakı ilə Avropanın 2016-cı ildə Gənclər Paytaxtı Gəncə şəhərində, Birliyin ofisində baş tutdu. İştirakçılar sonda şəhadətnamələr ilə təltif olundular.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info