“The Nation” : “Azərbaycan müasir dövlət qurur”
Tarix: 25.12.2013 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Pakistanın ən çox tirajla nəşr olunan “The Nation” qəzetində “İlham Əliyev: Biz müasir dövlət qururuq” adlı məqalə dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, “1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkün seli ilə üzləşən, iqtisadiyyatı tənəzzülə uğrayan, əhalisi total ümidsizlik ab-havasında yaşayan Azərbaycanın parlaq gələcəyinə inananlar az idi” sözləri ilə başlayan məqalədə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlarla inkişaf etdiyi bildirilir. Diqqətə çatdırılır ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Məqalədə Prezident İlham Əliyevin siyasi karyerası haqqında oxuculara ətraflı məlumat verilir, onun 2003-cü, 2008-ci və nəhayət 2013-cü illərdə keçirilmiş prezident seçkilərində yüksək səs çoxluğu ilə qələbələr qazandığı vurğulanır. Bildirilir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik neft strategiyası Azərbaycanın sürətli inkişafına, xalqın rifahının yaxşılaşmasına gətirib çıxarıb. Yazıda, həmçinin ölkədə qeyri-neft sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının inkişafından, nəqliyyat infrastrukturuna sərmayələrin qoyulmasından, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edilir. Diqqətə çatdırılır ki, Azərbaycan ilk süni peykini uğurla orbitə buraxıb. Müəllif yazır ki, qısa müddət ərzində Azərbaycan regionun ən böyük sərmayəçisi olub. Dövlət tərəfindən yaradılmış Neft Fondunda toplanan gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə yönəlib. Qeyd olunur ki, dövlət sosial sahəni daim diqqətdə saxlayır, təhsilin inkişafına qayğı nəticəsində minlərlə gənc xaricdə təhsil alır. Yazıda Prezident İlham Əliyevin xarici siyasətinə də geniş yer ayrılır, Azərbaycanın aparıcı beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti, Qərb və Şərq ilə bərabərhüquqlu münasibətlər qurması vurğulanır. Qeyd edilir ki, görülmüş işlər nəticəsində ölkəmiz beynəlxalq miqyasda özünəməxsus bir imic qazanıb. Məhz bu səbəbdən də bir sıra nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilir.
Müəllif Prezident İlham Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafına böyük önəm verdiyini, hər iki ölkənin beynəlxalq və regional təşkilatlarda bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini oxucuların diqqətinə çatdırır.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən də bəhs edilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info