“Birinci İnformasiya”: “Son doqquz ayda Ermənistan əhalisinin 5 faizi ölkəni tərk edib”
Tarix: 25.12.2013 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


“Ermənistanda emiqrasiya hələ tam dərk edilməyən fəlakətdir”

“Ehtiyacda olan insan” adlı miqrasiya proqramının rəhbəri Tatevik Bejanyan bu günlərdə belə bir açıqlama yayıb ki, ötən 9 ay ərzində Ermənistana gələnlərlə gedənlər arasında mənfi saldo 105 min adam təşkil edib. Gedənlərin sayı 105 min nəfər çox olub. Onların 71 faizi Rusiyaya üz tutur. Erməni saytları bu barədə həyəcan təbili çalırlar.
“Birinci İnformasiya” bu barədə belə qeyd edir: “105 min nəfər adam təxminən Ermənistan əhalisinin 5 faizini təşkil edir. Bu isə o deməkdir ki, son doqquz ayda Ermənistan əhalisinin 5 faizi ölkəni tərk edib. Bu isə istənilən ölkə üçün faciəvi bir rəqəmdir. Elan olunmamış müharibə şəraitində yaşayan bir ölkə üçün isə bu, milli təhlükəsizlik baxımından əsl təhlükədir. Çoxları deyir ki, bu adamların çoxu qışda evlərinə qayıdacaq, onlar mövsümi işə gediblər. Amma nə qayıdacaq? Onlar 2-3 aydan sonra qayıdacaqlar, sonra isə yenə də 8-9 aylığa ölkədən gedəcəklər. Belə olduğu halda, 3 ay Ermənistanda, 9 ay xarici ölkədə yaşayan adamı hansı ölkənin sakini saymaq lazmdır? Əlbəttə ki, xarici ölkənin. Ermənistanın sakini ilin çoxunu ölkədə keçirən adam sayıla bilər. Ermənistanda müşahidə etdiyimiz emiqrasiya qabarıqdır. Emiqrasiyanın burada iki tərəfi var – açıq və gizli. Mövsüm işlərinə gedənlər gizli emiqrasiyadan xəbər verir. Onlar gedirlər və qayıdırlar, amma ilin çox hissəsini xarici ölkələrdə keçirirlər. Onlar xeyli dərəcədə Ermənistanla bağlı deyillər. Onların Ermənistanla yeganə əlaqəsi - onların ailələri, uşaqlarıdır ki, bu ailələr də onlardan uzun zaman ayrı düşürlər. Burada hələ emiqrantların xaricdəki ikinci ailə və uşaqlarından danışılmır.

“Buna adekvat tədbir olaraq istefalar sırası lazım gəlir ki, birinci olaraq prezidentdən başlasın və nazirliklərin idarə rəisləri ilə bitsin”

Ermənistanda bu gizli emiqrasiya forması barədə az danışırlar, hakimiyyət isə ümumiyyətlə, bu barədə danışmır. Halbuki bu fakt barədə yeni yanaşma və onu tam dərketmə lazımdır. Bunsuz Ermənistanın necə boşaldığı barədə həqiqətləri tam miqyası ilə dərk etmək olmaz. Ermənistanın 5 faizi ilin çox hissəsini xaricdə yola verir, ölkəyə yalnız yeni ili qeyd etməyə gəlir və günü və saatını gözləyir ki, yenə ölkəni tərk etsin. Hakimiyyətin bununla bağlı adekvat tədbirləri varmı? Əlbəttə ki yox. Buna adekvat tədbir olaraq istefalar sırası lazım gəlir ki, birinci olaraq prezidentdən başlasın və nazirliklərin idarə rəisləri ilə bitsin. Həmçinin ümummilli dialoq başlasın, bir masa arxasında vəziyyətdən çıxış imkanları müzakirə edilsin. Təəssüf ki, bunlar yoxdur. Bunların əvəzinə cəmiyyətə münasibətdə ələsalma və ironiya var. Yalnız siyasi manipulyasiya və vətəndaşlara yüklənmiş yeni vergilər var ki, bunlar da Ermənistanı tərk edənlərdən başqa Ermənistana heç bir nəticə vermir”.

İlkin





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info