Paytaxtda LED sistemi ilə təchiz edilən işıqforların sayı artırılacaq
Tarix: 25.12.2013 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Paytaxtda quraşdırılacaq işıqforların sayı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar artırılacaq.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sayının artırılması nəzərdə tutulan LED (Light Emitting Diode – işıq saçan diod) sistemi ilə təchiz edilən işıqforlardan hazırda paytaxtın Ü.Hacıbəyov və A.Puşkin küçələrinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsində istifadə olunur. Bununla yanaşı, yeni rəqəmli işıqforların da quraşdırılması nəzərdə tutulub. Ümumiyyətlə, Bakıda quraşdırılması planlaşdırılan yeni işıqforlar nəqliyyat sahəsindəki son texnologiyaları özündə birləşdirəcək.
LED işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik bu işıqforlar alüminiumdan hazırlanır. Hündürlüyünə və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir. Bütün bunlar hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək göstərir. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsi məhdudlaşmır. Həmçinin üst dirəkdə quraşdırılmış işıqların köməyi ilə piyadalar axşam saatlarında işıqforun siqnalını daha rahat görə bilirlər. LED işıqforları, eyni zamanda, elektrik enerjisinə də qənaət etməyə imkan verir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info