Tələbələrə dərsliklər hədiyyə olunub
Tarix: 25.12.2013 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə hüquq elmi ilə bağlı 14 adda dərsliklər hədiyyə olunub.
Bununla bağlı dekabrın 25-də Azərbaycan Hüquqşünasları Konfederasiyası və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə akademiyanın rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əhməd Cəlil Sahibzadə çıxış ediblər.
Bildirilib ki, kitablar Azərbaycan Hüquqşünasları Konfederasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə təşəbbüsü, Gənclər və İdman Nazirliyinin , BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr olunub. Bütün dərsliklərdə “YARAT!” Müasir İncəsənət Məkanının rəsm əsərləri yer alıb.
Urxan Ələkbərov bu təşəbbüsü irəli sürənlərə minnətdarlığını bildirərək hədiyyə edilən kitabların tələbələr üçün çox faydalı olacağını deyib.
Əli Hüseynli bildirib ki, son vaxtlar elektron kitablar çoxaldığından bütün dünyada, o cümlədən Azərbaycanda çap üsulu ilə nəşr olunan kitablara maraq azalıb, lakin bu məsələdə nəşriyyatların da üzərinə məsuliyyət düşür. O, dərsliklərin tələbələrdə böyük maraq doğuracağına əminliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info