İtaliyalı voleybolçu: “Bakı əsl Avropa şəhəridir”
Tarix: 25.12.2013 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


“Bu il Bakıda yeni təcrübə qazanmaq şansı əldə etmişəm. Azərbaycan paytaxtında ilk dəfə təxminən 10 il əvvəl, “Peruca”nın oyunçusu kimi olmuşdum. Həmin vaxt indiki komandam “Azərreyl”lə Çempionlar Liqasında üz-üzə gəlirdik”.
Bunu, İtaliya millisinin voleybolçusu Çyara di Yulio deyib. Hazırda Bakının “Azəryol” klubunun şərəfini qoruyan 28 yaşlı hücumçu vətənində Azərbaycan haqda danışıb. O, ilk səfəri ilə müqayisədə ikinci dəfə paytaxtımıza gəldikdə yalnız heyran qaldığını bildirib: “Peruca” ilə gəldiyim vaxt Bakı tam başqa idi. 2013-cü ildə isə, bu şəhər meqapolisi xatırladır. Bura əsl Avropa şəhəridir. Fasiləsiz tikintilər və müasirləşmə Bakını günü-gündən gözəlləşdirir. Mənim çıxış etdiyim “Azəryol” Bakını təmsil edir. Bu komanda əvvəllər “Azərreyl” adı altında oynayırdı. Transferimə qədər yalnız baş məşqçimiz Ancelo Vercesini tanıyırdım. Digər məşqçilər və komanda yoldaşlarımla isə burada tanış oldum”. İtaliyalı legioner “Azəryol”u qələbələrə daşımaq üçün çox hazırlaşdıqlarını da deyib: “İstər zalda, istər trenajorda çox səylə çalışırıq. Çünki biz bilirik ki, nəyəsə nail olmaq üçün ürəklə hazırlıq keçmək lazımdır. Həmişə də qarşımıza maksimum nəticələr qoyulur”. Yulionun sözlərinə görə, Bakıda olduğu bir neçə ay ərzində artıq şəhərə öyrəşib: “İntensiv məşqlərlə yanaşı, Bakı ilə tanış olmağa da vaxtım olub. Ümid edirəm ki, burada şən keçirəcəyim vaxtdan səmərəli yararlanacam. Həm də “Azəryol”da olduğum müddətdə voleybolçu kimi də inkişaf edəcəm. Bu komanda ilə çox qələbələr qazanmaq istəyirəm”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info