“Dəyərlərimiz dedikdə, ilk növbədə sağlam insanlarımızı nəzərdə tuturam”
Tarix: 25.12.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Şamil Sabiroğlu: “Mənəvi dəyərlərin qorunması üçün maarifləndirməyə ciddi ehtiyac var”

Gənc nəslin qloballaşma dövründə yeni vərdişləri və dünyagörüşünü mənimsəmələri ilə yanaşı, milli məfkurədə formalaşması bütün cəmiyyətləri düşündürür. Bu baxımdan müsahibimiz Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, üçüncü sektor nümayəndəsi Şamil Sabiroğludur:
- Azərbaycan dövləti mövcudluğu tarixində bir çox sınaqlardan keçib.Təbii sərvətlərinə görə yadellilərin təcavüzünə məruz qalıb, sayseçmə igidlərinin böyük hissəsi düşmənlərlə mübarizədə əziz canlarından keçmişlər.Bu baxımdan, Azərbaycan dəyərləri dedikdə, mən ilk növbədə, sağlam insanlarımızı, insan kapitalını nəzərdə tuturam. Əgər Allah-taala insanları dünyanın əşrəfi kimi yaradıbsa, deməli,milli-mənəvi dəyərlərin fonunda ilk növbədə insan dayanır. Həmçinin, adət-ənənələrimiz, milli arxitektura nümunələri də bu baxımdan qiymətli dəyərlərimizdəndir.
- Milli-mənəvi dəyərlərin aşınmasına hansı amillər təsir edə bilər?
-Çox təəssüf ki, hazırda bəzi hallarda milli-mənəvi dəyərlərimizin aşınmasını görürük. Minilliyin sınağından keçmiş bu dəyərlərin qorunması üçün maarifləndirmə işlərinin getməsinə çox ciddi ehtiyac var. Xatırlayıram ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət yetirirdi.Qəbul edilən sərəncamlar, onların həyata keçirilməsi daim dövlət başçısının nəzarətindəydi. Milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunmasında kütləvi informasiya vasitələrinin üzərinə çox mühüm vəzifə düşür. Müşahidə etsək, görərik ki, KİV üzərinə düşən bu mühüm missiyanı ya peşəkar şəkildə aparmaq qaydalarını bilmir, ya da peşəkar şəkildə aparmaq istəmir. KİV rəhbərlikləri bu nüansları nəzərə almalıdırlar. Araşdırma aparsaq, görərik ki, qurulan ailələrdən bir çoxları sonradan ya dağılır, ya da birgə yaşasalar belə, ciddi problemlər ortaya çıxır.Bu yaxınlarda, ailəliklə Cəbrayıl rayonundan olan bir tanışımızın böyük toy mərasimində iştirak etdik. Həm bəy, həm də gəlin o qədər də gənc deyildilər. Hamımız xeyir-dua verdik, gəlini bəy evinə yola saldıq. 25 gündən sonra nə eşitsəm, yaxşıdır? Xırda söz-söhbətdən sonra gəlinin "adamları" bu evə daxil olub, bəyi döymüş, evdən qovmuşlar. İşə hüquq-mühafizə orqanları qarışıb. Bəy boşanmaq üçün müvafiq sənədləri məhkəməyə təqdim edib.
-Gənclərin milli məfkurədən uzaqlaşmamaları üçün hansı işləri görmək lazımdır?
- Azərbaycan gənclərinin milli məfkurədən uzaqlaşmamaları üçün kompleks tədbirlərin həyata keçirilməsinə çox ciddi ehtiyac var. Məsələn, bu mövzuda ictimaiyyət nümayəndələri, tanınmış QHT rəhbərləri, alimlərlə söhbətlər aparmaq, yekun təklifləri Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, habelə,aidiyyəti orqanlara təqdim etmək lazımdır.Azərbaycan,çoxuşaqlı ailələrin sayına görə daim birincilər sırasında olub. Araşdırma aparsaq, görərik ki, hazırda əksər ailələr əsasən 1-2 uşaqla kifayətlənirlər.Qarşıda bizi gözləyən böyük faciələrin qarşısını almaq üçün sözdə deyil, işdə ciddi dönüş yaradılmalıdır. Sirr deyil ki, Azərbaycanda özünü təsdiq edə bilməyən gənclərin çoxu, ölkəmizi tərk edərək, iş, qazanc, yaxşı yaşayış üçün xarici ölkələrə üz tuturlar.Təbii ki, orada öz "yar"ını tapır, Vətənə qayıtmağı arxa plana keçirirlər. Əgər hörmətli Prezidentimiz deyirsə ki, "Biz, neft kapitalını insan kapitalına çevirməliyik",o zaman bu cür gənclər daha artıq dərəcədə yeni-yeni layihələrin icrasına cəlb edilməlidir.
Uşaq və gənclər bilməlidirlər ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyünün bərpası naminə minlərlə gənc və orta nəslin nümayəndəsi öz əziz canlarından keçib. Bu baxımdan, onlara kağız üzərində deyil, həqiqətən də qəhrəmanlıq göstərmiş ərənlərimizin mənalı ömür yolları aşılanmalıdır. Orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında bu sahəyə diqqət artırılmalı, uşaq və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi fikir verilməlidir. Dərsdənkənar ekskursiyalar, muzeylərdə, teatrlarda, təhsil müəssisələrində Milli qəhrəmanlarımızla görüşlərin təşkili, habelə, Mübariz İbrahimov, Fərid Əhmədov, Əliyar Əliyev və sair saysız qəhrəmanlarımızın şücaətləri, həyatı barədə ətraflı məlumatlandırmalar olmalıdır…
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info