David Şahnəzəryan: “Ermənistan Rusiya imperiyasının tərkib hissəsinə çevrilib”
Tarix: 25.12.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


“Ermənistan Rusiya imperiyasının tərkib hissəsinə çevrilib, indi isə bunun hüquqi təminatı həyata keçirilir”. “Armenia Today” xəbər verir ki, bu fikirləri dünən İrəvanda keçirilən mətbuat konfransında keçmiş milli təhlükəsizlik naziri David Şahnəzəryan bildirib. Keçmiş nazir bildirib ki, Serj Sərkisyanın Moskvada imzaladığı “«yol xəritəsi” sentyabrın 3-də başlayan prosesin tərkib hissəsidir:
“ArmRosqazprom”la bağlı sənədin təsdiqlənməsindən sonra ölkə konstitusiyasına zidd olan daha bir sənədə imza atılıb. Ermənistanda müstəqil siyasi hakimiyyət yoxdur, sadəcə Rusiya imperiyasının nümayəndələri var və onlar da rusların maraqlarını qoruyur. Xarici-iqtisadi siyasət, o cümlədən mili təhlükəsizlik sahəsində bütün qərarları biz yox, Kreml verir. Ermənistanın Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması prosesi məntiqi sonluqla başa çatarsa, bu indiki hakimiyyətin konstitusiyadan kənar düşməsi olacaq. İndiki Ermənistan hakimiyyətini de-yure satqın elan etmək olar. 1998-ci ildə baş verən proseslər təkrarlanır. Həmin vaxt Robert Köçəryan konstitusiyanı pozaraq seçkidə iştirak etdi və prezident oldu. Bundan sonra ölkənin bütün iqtisadi, enerji sektoru Rusiyanın nəzarətinə verildi. İndi həmin siyasəti Sərkisyan davam etdirir və Ermənistanın bütün siyasi qüvvələri susmağa üstünlük verirlər”. Levon Ter-Petrosyanın Kiyevdə keçirilən Avromaydan aksiyalarının İrəvanda təkrarlanmasının mümkünsüzlüyü ilə bağlı fikirlərini şərh edən Şahnəzəryan bildirib ki, əgər ölkə konstitusiya quruluşunun bərpasından, sistemli şəkildə islahatlar aparılmasından imtina edirsə, onda bu fikirlər qəbulediləndir: “Kreml bizim düşmənimizi silahlandırmaq, alçaldıcı müqavilələr imzalatdırmaqla Ermənistanın ləyaqətini təhqir edir, Ermənistandan miqrasiya axınını sürətləndirir. Bütün bunlar Kremlin siyasətinin nəticəsidir. Hazırkı hakimiyyət nəinki bizim maraqlarımızı, heç ləyaqətimizi də qorumaq iqtidarında deyil. Ən alçaldıcı olan odur ki, bizim hakimiyyət könüllü şəkildə köləliyi qəbul edib”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info