Bulvar Yeni ilə sürprizlər hazırlayır
Tarix: 25.12.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Artıq 2013-cü ilin başa çatmasına aylar, həftələr deyil, sadəcə barmaqla sayılası günlər qalıb. Hər ötən saatın bizləri 2014-cü ilə bir qədər də yaxınlaşdırmasına baxmayaraq, bu qısa zamanı maraqlı, yaddaqalan keçirmək üçün bu gün paytaxtımızda ciddi işlər görülür.
Bu işlər Bakının əvəzsiz incilərindən biri sayılan, mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtımızın da son 100 illik tarixini özündə yaşadan, onun müasir simasını təşkil edən Dənizkənarı Milli Parkda daha çox diqqəti cəlb edir. Bakı sakinlərinin, eləcə də paytaxtımızın qonaqlarının sevimli istirahət yeri olan bu məkan hər il olduğu kimi, bu dəfə də Yeni il münasibətilə xüsusi olaraq bəzədilir. Dənizkənarı Bulvar İdarəsi bu il də Yeni il ərəfəsində şəhər sakinlərinin istirahət və əylənməsini təmin etmək məqsədi ilə dekabrın 28-dən yanvarın 2-dək gücləndirilmiş iş rejiminə keçəcək. Dənizkənarı Milli Parkda şam ağaclarının bəzədilməsinə başlanıb.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, bulvarda 10 ədəd şam ağacının bəzədilməsinə baxmayaraq, ehtiyac yarandığı halda bu ağacların sayının artırılacağı da istisna edilmir. N.Məcidov yeni ildə bulvar idarəsinin şəhər sakinlərinə daha bir maraqlı sürprizi olacağını da bildirib. Dənizkənarı bulvar idarəsi yeni aldığı gəzinti gəmisini dekabrın 28-də istifadəyə verəcək. 650 nəfərlik oturacaq yeri olan bu gəminin üstünlüyü ondan ibarətdir ki, gəzinti zamanı burada insanlara səyyar qida xidməti də göstəriləcək.
Bulvar İdarəsinin yeni il sürprizləri bununla yekunlaşmır. Bu yeniliklərin nədən ibarət olduğunu görmək və bilmək istəyirsinizsə mütləq yolunuzu Dənizkənarı Milli Parkdan salın. Gəzinti zamanı siz burada paytaxtın ən hündür -35 metrlik yolkasını da görəcəkdiniz. Azadlıq meydanında qurulan bu yolkanın hündürlüyü ötənilki ilə müqayisədə 14 metr çoxdur.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info