Erməni terrorizminin tarixi
Tarix: 25.12.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası terrorizmi və onun bütün təzahür formalarını asılı olmayaraq birmənalı şəkildə pisləyir və mümkün vasitələrlə ona qarşı mübarizə aparır.
Azərbaycan gənc respublika olmasına baxmayaraq təəssüf ki, yaşına və həcminə görə çox ağır terror aktları ilə üzləşib ki, bu faciəni doğuran əsas səbəbkar kimi etnik münaqişə problemi ilə pərdələnən Ermənistan və Qarabağ-erməni separatçılarıdır. Ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdir: “Terrorçuluğun bütün təzahür formalarını pisləyən Azərbaycan, həmişə terrorçuluğa qarşı mübarizə aparmış, bu istiqamətdə dünyanın bütün dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. Biz bu gün daha artıq qətiyyətlə belə əməkdaşlığa hazır olduğumuzu bildiririk”.

XXI əsrin başlanğıcında narahatlıq doğuran problemlər sırasında terrorizm xüsusi yer tutur. İndiki şəraitdə terrorizm daha böyük ictimai-təhlükəli təzahür hesab edilir.
Belə ki, o milli çərçivədən kənara çıxaraq beynəlxalq təhlükə mənbəyinə çevrilmişdir. Gizli deyildir ki, bu ictimai təhlükəli fenomen o qədər geniş fürsət almışdır ki, ona qarşı mübarizədə dövlətlərin ayrılıqda fəaliyyəti kifayət qədər səmərə vermir. Odur ki, bu gün bütün dünyada iqtisadi - siyasi, mədəni və bir sıra başqa sahələrdə gedən inteqrasiya prosesləri ilə yanaşı, cinayətkarlıq və onun tərkib hissəsi olan terrorizmə qarşı beynəlxalq əməkdaşlığın dərinləşməsinə, sürətlə və ardıcıl inkişafın təmin edilməsinə böyük ehtiyac vardır. Düzdür, qeyd olunan istiqamətdə indiyədək xeyli işlər görüldüyünü inkar etmək olmaz. Lakin hələ də terrorizmin qarşısına möhkəm və etibarlı sipər çəkmək mümkün olmamışdır. Bu gün dünyada həyata keçirilən antiterror kampaniyasında əsas diqqət terrorizmin dinlə əlaqələndirilməsinin qarşısının alınmasına yönəldilməli, bu işdə dünya ictimaiyyətinin, dini qurumların imkanları işə salınmalıdır.
Terrorizmə qarşı mübarizənin bugünkü vəziyyətinin real qiymətləndirilməsi nəticəsində nə üçün bəşəriyyət bu təhlükəli cinayət dalğası qarşısında acizdir? Bu suala cavab verilməsi zənnimcə, 2 əsas məsələnin araşdırılmasından xeyli asılıdır. Birincisi, terrorizmin ictimai - təhlükəli təzahür kimi qiymətləndirilməsinin obyektivlik dərəcəsindən, ikincisi isə sonuncu ilə birbaşa əlaqəli olan terrorizmin səbəblərinin düzgün müəyyənləşdirilməsindən.
Məlumdur ki, bu gün beynəlxalq hüquq və mülki hüquq çərçivəsində terrorizm ən ağır ictimai - təhlükəli əməllərdən biri kimi qiymətləndirilir. Lakin terrorizmin qiymətləndirilməsi zamanı ayrı-ayrı dövlətlər ümumbəşəri prinsiplər baxımından problemə yanaşsalar da, bəzi hallarda qeyri-obyektivliyə də yol verirlər. Belə ki, nədənsə terrorizmin yuvası kimi islam ölkələrini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Ayrı-ayrı islam təşkilatları terror təşkilatları kimi təqdim olunur. Bundan əlavə, bu cür yanaşma beynəlxalq tədbirlərdə, mətbuatda və digər xarici mənbələrdə əks olunur.
Mənbələrin birində qeyd olunur ki, dünya üzrə 200-dən artıq islam terror təşkilatı mövcuddur. Qeyd etmək lazımdır ki, terrorizmə islam kontekstində yanaşma, artıq ənənə xarakteri almışdır. Terrorizmin islam ölkələri ilə bu cür ardıcıl olaraq əlaqələndirilməsi bu sahədə əsassız siyasətin getdikcə dərinləşməsindən xəbər verməklə yanaşı həm bugünkü, həm də gələcək nəsillərə terrorizmin Şərqə, onun böyük hissəsi olan islam aləminə məxsus olması ideyasının yerdəyişməsinə və terrorizmə qarşı mübarizə adı altında tarixi bölməkdə olan dünyanın yenidən bölünməsinin təmin edilməsinə xidmət edir. Terrorizmə qeyri - obyektiv münasibətin mövcudluğunu təsdiq etmək üçün bəzi xarici faktlara müraciət etmək yerinə düşər. Məlumdur ki, terrorizmə qarşı beynəlxalq mübarizənin ciddi aparılması ABŞ-da ən dəhşətli terror faciəsi kimi qiymətləndirilən 11 sentyabr 2001-ci ildə törədilmiş hadisədən sonra başlamışdır. Burada sual ortaya çıxır - məgər bu hadisəyə qədər dünyada terror aktları olmamışdır? Cavab-olmuşdur.
Məsələn, XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı ABŞ-da baş verən hadisələrlə müqayisə edilməz dərəcədə ağır nəticələrə səbəb olmuş kütləvi terrorizm həyata keçirilmişdir. Müharibə ilə nəticələnmiş bu terrorizm nəticəsində Azərbaycan Respublikasının ərazisinin bir hissəsi təcavüzkar Ermənistan tərəfindən zəbt olunmuşdur.
Azərbaycanda qanlı terrorist aktlarının izləri Ermənistan dövlət strukturlarının SSRİ-dən əvvəl və ondan sonra da məqsədyönlü şəkildə apardıqları siyasətin nəticəsi kimi izah oluna bilər. Bu separatçı terrorizm dinc əhaliyə sivil dünyada məlum olan bütün qayda və normalara qarşı özünün xüsusi zorakılığı ilə seçilirdi. Müasir dünyada öz qəddarlığı ilə fərqlənən erməni terrorizminin əsas hədəflərinə əhalinin sıx olan yerləri, metrolar, avtobuslar, təyyarələr və dövlətin əsas struktur dairələrindən olan diplomatik şəxslər və obyektlərə çevirilirdi.
Erməni terrorizminin kökləri hələ 1990-cı ildən "Daşnakstyun" inqilabçı partiyasının yaranması dövrünə gedib çıxır. Məhz bu partiyanın yaranma və fəaliyyəti tarixinə nəzər salsaq görərik ki, onların siyasi mübarizə metodları terrorist aktları, quldurluq, oğurluq və s. cinayət əməlləri üzərində qurulub. Onların özləri isə törətdikləri bu rüsvayçı qəddar əməllərinə bəraət qazandırmaq üçün belə izah edirlər ki, guya onlar türklərin ermənilərə qarşı olan genosidinin intiqamını alırlar. Hətta onlar çəkinmədən belə deyirlər ki, bütün bu əməllər və günahsız insanların tökülən qanları - xülyasında olduqları, yaranacaq böyük Ermənistan naminədir. Keçən əsrin 70-ci illərinin ortalarında ermənilər bir sıra müstəqil fəaliyyət göstərən terrorist qruplaşmaları yaratmışlar. Bu günümüzdə terrorist qruplaşması kimi ASALA-nı qeyd etmək lazımdır. Bu terrorist qruplaşmasının Böyük Ermənistan xülyasını həyata keçirməsi sahəsində ilk addımlarını SSRİ dövründən başlayaraq Türkiyə dövlətinə qarşı terrorist fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. SSRİ dağıldıqdan sonra erməni terrorizmi öz istiqamətini Türkiyə ilə müqayisədə daha zəif olan yeni yaranmış digər türk dövləti olan Azərbaycana yönəltdi.
Ermənilərin budəfəki əməlləri yalnız terrorçu aksiyaların ardıcıllığı ilə yanaşı, artıq "Qarabağ ermənilərinə muxtariyyət" şüarı ilə çıxış edən Dağlıq Qarabağın separatçı hərəkatı ilə və bununla paralel aparılan Ermənistanın Azərbaycana olan təcavüzü ilə müşayiət olunmağa başladı? Ümumiyyətlə isə, erməni terrorizminə tarixi nöqteyi-nəzərdən baxsaq onu iki mərhələyə bölə bilərik.
Birinci mərhələ SSRİ-dən öncəki dövr. Bu dövrdə ermənilər mərkəzi hakimiyyətdən ayrılaraq İrəvanda müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni terrorist təşkilatlarının diasporunu yaratmağa başladılar.
Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatları:
"Armenakan" partiyası 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Mus, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.
"Hunçak" partiyası 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rusiya" və "İran" Ermənistanı adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır.
"Daşnakstyun" erməni federativ inqilab partiyası 1990-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnakstyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır.
1973-cü ildə fəaliyyətə başlamış "Erməni soyqrımının inqilabçıları" qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada, türk diplopatlarını qətlə yetirib.
"Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
"Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA). 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA-ya əsasən, Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu-Nidal", " Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A. Akopyan 01.08.1980-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibəsində bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".
"Geqaran": 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd-Cənubi və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktları keçirmək. "Erməni azadlıq hərəkatı" (AOD: 1991-ci ildə Fransada yaradılıb). Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. "Erməni azadlıq cəbhəsi: 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terroristlər hazırlayır."
"Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
"Erməni soyqrımı ədalət komandosları". 1972-ci ildə Vyanada "Daşnakstyun" partiyasının qurultayı zamanı yaradılıb.
"Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılmışdır. ASALA ilə sıx əlaqələri vardır, keçmiş Sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
"Demokratik cəbhə" ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.
"Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazisində terror aktları həyata keçirməkdir.

Tohid Məmmədov
AMİ-nin Sumqayıt filialının "İctimai elmlər" kafedrasının
baş müəllimi.

E-mail: Tohid.Mamedov@mail.ru




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info