10 mindən çox şagird Heydər Əliyev Mərkəzini ziyarət edib
Tarix: 26.12.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Bu ilin sentyabr ayından etibarən məktəblilər və təlim-tərbiyə müəssisələrinin uşaqlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunur. Mərkəzdən verilən məlumata görə, sentyabr ayından indiyə qədər layihə çərçivəsində Bakının müxtəlif məktəblərindən 10 000-dən çox şagird qrup şəklində Heydər Əliyev Mərkəzində olub. Bu layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrlə, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına xidmət edir.
Layihəyə əsasən, məktəblilər 5 saat ərzində dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası ilə tanış olurlar. Onlar Heydər Əliyev Muzeyində Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alır, Mərkəzdə nümayiş olunan sərgilərə baxır, eksponatlar haqqında maraqlı faktlar öyrənirlər. “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, “Kosmosa səyahət” sərgiləri məktəblilərdə xüsusi maraq doğurub. Ekskursiya zamanı hər yaş qrupu üzrə fərqli interaktiv təlim proqramı tətbiq olunur, həmçinin onlara ekskursiyadan xatirə kimi hədiyyələr təqdim edilir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info